Azərbaycan Prezidenti İlham Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edib.
Rəsmi mətbuatın məlumatlarına görə, hər iki plan “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutur. Sənədlər dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılmasına yönəlib. Prezident hər il yanvarın 15-dək Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin icrası barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim edilməsini norma şəklinə salıb. Fəaliyyət Planlarının icrası illik iş planları əsasında reallaşdırılacaq.
Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarə orqanlarına təsdiq edilən tədbirlərin icrasına nəzarət etmək tapşırılıb.
Təsdiq edilən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının, ərizə və şikayətlərə baxılması işinin, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fəaliyyətinin, cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması və bu sahədə institusional mexanizmlərin möhkəmləndirilməsini, dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasını, maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsini, etik davranış qaydalarının, bələdiyyələrin fəaliyyətinin, sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin, audit xidmətlərinin təkmilləşdirilməsini, dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və şəffaflığın, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılmasını, lisenziya və icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsini, vergi nəzarəti və yoxlamalarının səmərəliliyinin, özəlləşdirmə prosesində şəffaflığın artırılmasını, gömrük tarif və rüsumlarının toplanması prosesinin, şəhərsalma və tikinti qanunvericiliyinin və bu sahədə inzibati idarəçiliyin, təhsil müəssisələrində idarəetmə mexanizminin, səhiyyə sahəsində idarəetmə mexanizminin, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin, kommunal xidmətlərin, mək və sosial təminat sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsini, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsini, korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirməni nəzərdə tutur.
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” informasiya əldə edilməsinin asanlaşdırılmasına, elektron xidmətlərin təşkilinə, sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı “Bir pəncərə” prinsipinin tətbiqinə, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılmasına, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və ictimaiyyətin iştirakının təmin edilməsinə aiddir.
İnformasiya əldə edilməsinin asanlaşdırılması üzrə müddəa xüsusilə dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsini, fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlamasını, mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsini nəzərdə tutur.
Milli Fəaliyyət Planı həmçinin notmativ-hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsini, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişlənməsini, maliyyə nəzarəti və vergi yoxlamaları həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılmasını nəzərdə tutur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət