2001-ci il 11 sentyabr tarixində terror aktlarından sonra Vaşinqtonu dəstəkləyən Azərbaycan bu illər ərzində beynəlxalq terrorçuluğa qarşı mübarizədə özünü etibarlı müttəfiq və antiterror birləşməsi üzrə tərəfdaş kimi tanıdıb. Bu barədə politoloq Rasim Musabəyov bildirib.
“Məsələ yalnız Azərbaycanın sülhməramlılarının Əfqanıstana göndərilməsində deyil, həm də təxminən 30% əfqan tranzitinin öz ərazisi vasitəsilə təmin edilməsindədir. Birləşmənin Rusiya və Pakistanla mürəkkəb münasibətlərini nəzərə alaraq bu çox vacibdir”, - deyə ekspert “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, bundan başqa, bu gün Azərbaycan birləşməyə digər kömək də göstərir, məsələn, əfqan təhlükəsizlik qüvvələrini hazırlamaqda yardım edir.
“Beləliklə, Azərbaycanın beynəlxalq antiterror birləşməsinə töhfəsi böyükdür. Və bu digər ölkələrdə olduğu kimi, birləşməyə daxil olan, lakin antiterror mübarizəyə heç bir töhfə verməyən zahiri iştirak deyil”, - deyə o əlavə edib ki, ABŞ və NATO antiterror birləşməsində Azərbaycanın iştirakına yüksək qiymət verir.
R.Musabəyov bu yaxınlarda ASALA erməni terror təşkilatının Azərbaycanın diplomatları ünvanına səsləndirdiyi təhdidləri şərh edib. Onun fikrincə, ASALA terror təşkilatının dövrü bitib, lakin “bu gün Ermənistan xüsusi xidmət orqanları onun adından istifadə edərək xaricdə Azərbaycanın vəzifəli şəxslərinə qarşı terror aktları və provokasiyalar təşkil etmək iqtidarındadır”. “Lakin, bu gün bu cür hərəkət etmək və məsuliyyətdən qaçmaq çətindir. Və mən düşünürəm ki, əgər kimsə avanturizm xatirinə bu cür aksiyalar planlaşdırırsa, o zaman onlar anlamalıdır ki, mütləq cəzalandırılacaqlar”, - deyə politoloq nəticə çıxarıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət