Bakıda “Kibernetika və informatika problemləri” mövzusunda IV Beynəlxalq konfrans keçirilir. Burada ABŞ, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Koreya, Belarus daxil olmaqla 40 ölkədən alimlər iştirak edirlər.
Konfransı giriş sözü ilə AMEA prezidenti akademik Mahmud Kərimov açıb. O qeyd edib ki, Bakıda konfransın keçirilməsi respublikanın İT sektorunda uğurlarını təsdiq edir. Bunun nəticəsində MDB məkanında Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə ön sıralardadır.
Konfransın plenar iclasında AMEA Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev “Dağıdıcı zəlzələlərdən dəymiş zərərin minimallaşdırılması üçün texnologiya və sistemlər”, Hradec Kralov Universitetinin (Çexiya) kafedra müdiri, professor Hana Skalska “Texnologiyaların dövlət təcrübəsində tətbiqi: inkişafı, səmərəliliyi və problemlər”, Corc Vaşinqton Universitetinin (ABŞ) professoru Nozer Sinqpurvalla “Resursların istismarı və onların ötürülmə riskləri”, Barselona Universitetinin (İspaniya) iqtisad elmləri doktoru Anna Mariya Gil Lafuente “Qloballaşma şəraitində İspaniya, Rusiya və Azərbaycanda müqayisəli iqtisadi analizin nəzərdən qaçırılmış təsirləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Sentyabrın 14-dək keçiriləcək konfransda intellektual texnologiyalar və sistemlər, seysmik cihazlar, sistemlər və texnologiyalar, idarəetmə və optimallaşdırma sistemləri üzrə seksiyalar fəaliyyət göstərəcək. Kibernetika sahəsində elmi nailiyyətlərin təbliğatı yolları konfransın əsas mövzularından olacaq. Konfransa ümumilikdə 250-yə yaxın məruzə təqdim olunacaq.
İlk dəfə bu mövzuda konfrans 2006-cı ildə keçirlib. O zamandan etibarən bu tədbir iki ildən bir keçirilir. Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyidir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət