Azərbaycan hökuməti ilə İsveçrə Konfederasiyası hökuməti arasında cümə axşamı “Kapital bazarlarının müasirləşdirilməsi layihəsinə dair Texniki Yardım haqqında Saziş” imzalanıb.
Sazişi QKDK sədri Rüfət Aslanlı və İsveçrənin Azərbaycandakı səfiri Sabin Ulmann Şaban imzalayıblar. Bu barədə imzalanma mərasimində iştirak edən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
R.Aslanlı qeyd edib ki, “Kapital bazarlarının Müasirləşdirilməsi layihəsi”nin ümumi dəyəri $15,8 mln. təşkil edir. Layihə Azərbaycan hökümətinin maliyyə sektorunun inkişafı və diversifikasiyası üzrə fəaliyyətinin dəstəklənməsinə yönəldilib.
“Dünya Bankı layihənin reallaşmasına $12 mln.ayırıb, daha $2,2 mln. – Azərbaycan hökümətinin payı, $1,6 mln. – İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) xətti ilə texniki yardım şəklində İsveçrə höküməti ayırır”, - deyə R.Aslanlı bildirib.
Onun sözlərinə görə, İsveçrə hökümətinin $1,6 mln. məbləğində qrantı hesabına “Kapital bazarlarının Müasirləşdirilməsi layihəsi”nin iki komponenti: hüquqi və tənzimləyici çərçivənin yenilənməsi və gücləndirilməsi, təklifin stimullaşdırılması üzrə maliyyələşdirmə planlaşdırılır.
Ümumilikdə, “Kapital bazarlarının Müasirləşdirilməsi layihəsi” “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrasına yönəlib, - deyə o qeyd edib.
S.Ulmann Şaban öz növbəsində vurğulayıb ki, Azərbaycan İsveçrə üçün prioritet ölkədir. Onun sözlərinə görə, İsveçrə indiyədək Azərbaycana qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təminatı, ASK-nın inkişafı üçün $70 mln. məbləğində qrant ayırıb.
“2005-ci ildən etibarən SECO Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Valyuta Fondu ilə birgə Azərbaycanda maliyyə sektorunun islah edilməsinə yönələn layihələr həyata keçirir”, - deyə o əlavə edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət