Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Azərbaycan diplomatlarının ünvanına erməni terror təşkilatları tərəfindən göndərilən təhdid məktublarına diqqət yönəltməyə çağırıb. XİN mətbuat katibi Elman Abdullayev cümə axşamı jurnalistlərə NOR ASALA erməni terrror təşkilatı tərəfindən Azərbaycanın dünydakı bir sıra diplomatik missiyalarına göndərilən və diplomatik nümayəndəliklərin əməkdaşlarının həyatlarını təhdid edən məktubları şərh edərkən belə deyib.
“ Biz əvvəllər çoxsaylı günahsız insanların tələfatına səbəb olmuş erməni terrorunun ağır nəticələrinin şahidi olmuşuq və bu gün yeni terror təhdidləri təkcə Azərbaycana deyil, terrorçuluğa qarşı Azərbaycanla birgə mübarizə aparan bütün ölkələrə qarşı yönəlib”,- deyə E.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, NOR ASALA təşkilatının təhdid məktubları Ermənistan tərəfinin öz fəaliyyətində terror metodlıarına üstünlük verməsini və gələcəkdə də Azərbaycana qarşı terror aktlarından istifadə etməyə hazır olduğunu bir daha nümayiş etdirdi.
“Əgər Ermənistan terrora üstünlük verirsə, Azərbaycan tərəfi terrorçuluğa qarşı mübarizəyə üstünlük verir və beynəlxalq terrorçuluqla mübarizənin aktiv iştirakçısı olaraq qalacaq. Düşünürük ki, Ermənistan rəhbərliyinin təhriki ilə Azərbaycana qarşı meydana çıxan bu terror təhdidləri cəzasız qalmamalıdır, beynəlxalq ictimaiyyət onlara laqeyd yanaşmamalı, bu faktları pisləməlidir belə ki, terror təhdidləri həm də terrorçuluğa qarşı mübarizə aparan bütün ölkələrə qarşı yönəlib”,- deyə E.Abdullayev bildirib.
NOR ASALA ( erməni dilindən tərcümədə Yeni ASALA ) təşkilatının adından göndərilən məktubda qeyd olunur ki təşkilat 2012-ci il avqustun 16-da Livanda yaradılıb. Təşkilat Azərbaycan və Türkiyə diplomatlarını məhv etmək məqsədi güdür .Bundan başqa 6 səhifəlik məktubda Azərbaycan zabiti Ramil Səfərovun, həmçinin erməni əsilli türkiyəli jurnalist Qrant Dinkin qatilinin ünvanına hədələr yönəldilib.
Məktubda ölümlə hədələnən şəxslərin siyahısı ilə yanaşı siyasi tələblər də yer alıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət