Siyasətçi, tarix və milli azlıqlara həsr olunmuş bir sıra kitabların müəllifi Moisey Bekker ilə müsahibə
-Son zamanlar müsəlman aləmində ümumi təhlükələrə qarşı islam həmrəyliyinin möhkəmlənməsinə dair çağırışlar səslənir. Lakin, işə gələndə biz onlar arasında ambisiya mübarizələrini, nifaqın dərinləşməsini müşahidə edirik.Sizcə bunun səbəbi nədir? Bəlkə bu ölkələrdən bəziləri əsassız olaraq liderlik iddiasındadır və bu qalan islam dövlətlərini narahat etməyə bilməz?
-Birlik eyniyyəti nəzərdə tutur. Burda dinlə yanaşı iqtisadiyyat, genetik və etnik tərkib, milli adət-ənənələrin xüsusiyyətləri , dil, mədəniyyət dövlət və social institutların inkişaf səviyyəsi vacib rol oynayır,
Səudiyyə Ərəbistanı - ərəb dövlətidir, islamın, hər bir müsəlman üçün müqəddəs məkanlar olan Məkkə və Mədinənin, Kəbənin, bitib -tükənməz Zəm-zəm suyunun vətənidir.Eyni zamanda ən varlı və buna görə də ən ambisiyalı iddiaçılardan biridir. Lakin, birincisi burada islamın başqa ölkələrdə qəbul edilməyən xüsusi forması üstünlük təşkil edir, ikincisi bu ölkə öz nüfuzunu təsdiq etdirmək üçün lazımı hərbi qüdrətə malik deyil.
İran İslam Respublikası da islam aləminin lideri olmağa çalışır.Ancaq, ilk növbədə bu ərəb ölkəsi deyil, ikincisi müsəlman aləmində yaşayanların böyük əksəriyyəti şiəliyi qəbul etmir. Qalır Misir. Ancaq o çətin ki, bütün müsəlmanaları birləşdirə bilsin, çünki Misir əsasən özünün afrikalı mənşəyinə meyillidir və çox böyük ordusuna baxmayaraq, sonsuz və çoxcəhətli islam aləminə liderlik edə bilməz, üstəlik iqtisadi cəhətdən zəifliyi də buna imkan verməz.
Türkiyəyə gəlincə, hesab edirəm ki, nə ərəblər, nə də farslar Osmanlı İmperiyasının ikinci versiyasının yaradılmasına heç vaxt razı olmazlar.
Belə halda məşhur yəhudi məsəli ortaya çıxır: “Bəs kim birinci olacaq?” Beləliklə, yuxarıda göstərilən səbəblər üzündən müxtəlif islam ölkələri arasındakı parçalanma çox yəqin ki, yalnız dərinləşməyə davam edəcək.
- İnternetdə Məhəmməd peyğəmbəri təhqir edən “Müsəlmanların günahsızlığı” filminin remeykinin yayımlanması ilə bağlı islam ölkələrində yaranan etiraz dalğası barədə nə düşünürsünüz?
- Bir vaxtlar inkivizisiya bundan da kiçik günahlar üçün tonqalda yandırırdı.”Xristosun iztirabları” və “Da Vinçi kodu” filmləri ilə bağlı bir çox ölkələrdə geniş diskussiyalar çoxlarının yadında qalıb.Rusiya Federasiyasında “Pussy Riot” qrupunun iştirakçılarını yetərincə ciddi cəzalandırdılar.Buna görə, sözügedən filmin remeykini internetdə yayanlar bu təxribatın nə ilə nəticələnəcəyini cox yaxşı bilirdilər, hələ üstəlik yaxın vaxtlarda məşhur karikatura qalmaqalı ilə bağlı hadisələr baş vermişdi. Hesab edirəm ki, istənilən halda bu və ya digər hərəkəti etməzdən öncə möminlərin hisləri barədə düşünmək, onlara hörmət etmək lazımdır. Çirkin hərəkətlər hesabına özünün zahiri üstünlüyünü təsdiq etməyə cəhd etmək olmaz.
- Bu dalğanın Azərbaycana da gəlib çatması ehtimalı nə qədərdir?
- Azərbaycan həmişə öz plüralizm və tolerantlığı ilə fərqlənib.Fanatizm heç bir zaman Azərbaycan xalqının milli xüsusiyyəti olmayıb.Buna görə, Şimali Afrika və Yaxın Şərq ölkələrini bürümüş dalğa heç vaxt bizim sərhədlərimizi keçməyəcək.
-Yuxarıda sözügedən hadisələr Qərb ölkələrinin, xüsusilə ABŞ və İsrailin mövqelərinə necə təsir göstərəcək? Bizim regionda digər dövlətlərin təsirinin artmasına təkan verəcəkmi?
-Çətin ki, hər hansı filmin remeyki dünyəvi tərəqqinin flaqmanları olan, ən müasir texnologiyalara malik ölkələrin rolunu və mövqeyini dəyişdirə bisin. Hələ üstəlik, insan yaddaşı digər daha vacib hadisələrə çox böyük sürətlə yönəlmək qabiliyyətinə malikdir.Əgər “başqa” ölkələr birdən -birə “bütün planetdə hamıdan irəlidə” olsaydılar, onda yaxşı və pis arasında seçim etmək olardı. Buna görə, konkret bu hadisədə bizim üçün heç kim və heç nə təhlükəli deyil.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət