İndoneziya Azərbaycana neft emalı zavodunun tikintisində iştirak etməyi təklif edir. Bu barədə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev cümə günü jurnalistlərə məlumat verib.
“Azərbaycan Səudiyyə Ərəbistanından sonra xam neft satışına görə, İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır”, - deyə səfir bildirib.
T.Qarayevin sözlərinə görə, ötən il Azərbaycan İndoneziyaya $1,7 mlrd. həcmində xam neft satıb.
“Bu il bu rəqəm çox güman ki, $2 mlrd.-ya çatacaq”, - deyə diplomat vurğulayıb.
Səfir İndoneziyanın bu sferada yeni əməkdaşlıq imkanlarını gerçəkləşdirməkdə maraqlı olduğunu qeyd edib.
“İndoneziya Xəzərdə neft hasilatı layihələrində iştiraka maraq göstərir. Cakarta həmçinin Azərbaycanın İndoneziyada neft emalı zavodunun tikintisində iştirak etməsində maraqlıdır”, - deyə T.Qarayev bildirib.
“Bu, hələlik təklifdir, lakin fikrimcə, Azərbaycan üçün sərfəli təklifdir. Çünki ölkəmiz hazırda İndoneziyaya xam neft ixrac edir. Azərbaycan bütün Cənubi-Şərqi Asiya regionuna öz neft məhsullarını çatdırmaq imkanı əldə edəcək”, - deyə səfir vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət