Gecənin qonaqları pivə istehsalı dünyasının məşhur somelyesinin rəhbərliyi altında müxtəlif pivə sortlarını dequstasiya etdilər!
24 sentyabr 2012-ci il, Bakı: Öz pivə brendləri ilə məşhur olan “Baltika-Bakı” şirkəti Azərbaycanda ilk dəfə olaraq “BakuBeerExperience” adı altında gecə keçirdi. Belə ki,, sentyabrın 21-i saat 20.00-də Bakı Biznes Mərkəzinin “Şam Bulvar” restoranında İsraildən xüsusi dəvət olunmuş pivə somelyesinin rəhbərliyi altında müxtəlif pivə sortlarının dequstasiyası həyata keçirildi.
Bu tədbir, təkcə bir içki kimi pivə haqqında deyil, həm də pivə həvəskarları üçün bu çox keyfiyyətli bir məhsulun birbaşa burada, Azərbaycanda “Baltika Bakı” şirkəti tərəfindən istehsal olunduğu barədə danışmaq üçün çox gözəl bir fürsət idi. Tədbirdə haqqında ən çox danışılan Балтика 7 pivəsi də bizim zavodumuzda istehsal olunur. Biz, istehlakçılarımıza pivə istehsalının ən yüksək standartları üzrə məhsullar hazırladığımız üçün fəxr edirik, - şirkətin Baş Pivə Bişirən Rüfət Məmmədov bildirdi.
“Biz çox şadıq ki, bu cür tədbir nəhayət ki, Bakıda da keçirildi. Pivə - bütün dünyada, o cümlədən Azərbaycanda da çox populyar olan gözəl bir içkidir. Bu səbəbdən biz pivə həvəskarlarını belə bir gecə ilə sevindirmək qərarına gəldik. Tədbir zamanı qonaqlar pivənin yaranma tarixi, istehsalı və əlbəttə ki, onun müxtəlif sortları barədə çox şey öyrəndilər. Qonaqlar bizim somelyenin iştirakı ilə maraqlı bir gecə keçirdilər!” – deyə Korporativ Əlaqələr üzrə Menecer Leyla Seyidzadə bildirdi.
Gecə caz kompozisiyalarının ifası ilə müşayiәt olundu. Tədbirə müxtəlif şirkətlərin, şou-biznesin, habelə KİV nümayəndələri dəvət olunmuşdular. Gecənin bütün qonaqlarını pivəyə olan sevgi birləşdirdi!
Şirkət haqqında: “Baltika-Bakı” şirkəti 2009-cu ilin may ayında rekonstruksiyadan sonra açılmışdır. Hazırda “Baltika-Bakı” zavodunun məhsulları Azərbaycan bazarının təxminən 75%-ni əhatə edir və zavod “Балтика 7®”, “Балтика 9®”, “Xırdalan®”, “Балтика Кулер®”, “Zatecky Gus” və başqaları kimi bir neçə növ pivə istehsal edir. Şirkətin əsas məqsədi xoş ünsiyyət bəxş edən keyfiyyətli məhsul istehsal etməkdir. “Baltika-Bakı” şirkəti Rusiyada xalq istehlakı mallarının mühüm istehsalçılarından biri, 1996-cı ildən Rusiyanın pivə bazarının lideri olan “Baltika pivə şirkəti”nin bir hissəsidir. “Baltika” brendi satışlar üzrə Avropada birinci yeri tutur (Euromonitor). “Baltika” pivə şirkəti – Rusiya pivəsinin aparıcı ixracatçısıdır: “Baltika”nın məhsulları dünyanın 75-dən çox ölkəsində təmsil olunmuşdur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət