Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 164,3 mln. manat məbləğində güzəştli kreditlər verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2012-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 2003 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin reallaşdırılması 7,4 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
Məlumatda qeyd olunur ki, çərşənbə günü SKMF tərəfindən Sabunçu rayonunun Zabrat qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə 150-dək sahibkar iştirak edib.
“Çərşənbə günü tədbir çərçivəsində paytaxtın qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyekti ümumilikdə 2,8 mln. manat məbləğində güzəştli kreditlər alıb. Bu layihələrin maliyyələşdirilməsi təxminən 90-a yaxın yeni iş yeri yaratmağa imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 43 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət