Dünyada Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin yanlış izahı yayılıb. Buna səbəb, bu gün də davam edən Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsidir. Bu barədə Montana Universitetinin professoru, amerikalı hərbi jurnalist Tomas Qolts bəyan edib.
“Mən həz zaman söyləyirəm: həqiqət istənilən münaqişədə iln növbədə məhv olur”, - deyə o mətbuatın roluna həsr olunan Bakı Beynəlxalq Humanitar Forumunun panelində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Amerika nəşrinin jurnalisti kimi o Qarabağda gedən müharibəni, həmçinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırım həyata keçirildiyi dövrdə işıqlandırmaq imkanı əldə edib. “Ermənilər həmin dövrdə də günahlarını inkar edirdilər. İndiyədək bildirirlər ki, azərbaycanlılar öz vətəndaşlarını öldürürdülər. Bu tamamilə yalandır”, - deyə T.Qolts vurğulayıb.
Bununla yanaşı, o qeyd edib ki, ermənilər arasında Qarabağ və Xocalıda baş verənləri real təsdiqləyən şəxslər də olub. “Erməni əsilli Kaliforniyadan olan amerikalı var idi. O İran və Beyrutda döyüşçülərin hazırlanması düşərgələrində təlim keçib. Sonra ASALA yaradıb. Onu Fransada həbs ediblər, Yəmənə ekstadisiya edilib, saxta İrlandiya pasportu ilə İrəvana gəlib, Levon Ter-Petrosyan onu qəbul edib. Daha sonra o Qarabağda gedən döyüşlərdə iştirak edib. Əksəiyyətdən fərqli olaraq, o mülki əhaliyə qarşı zorakılıq tətbiq edilməsinə qarşı çıxış edirdi. O ermənilərə müraciət edərək deyirdi: “Biz nə törətdik?” Həmin şəxsin qardaşı sonradan bir kitab yazdı. Bu kitabda yazılanlar həqiqətdir. Həmin həqiqəti oxumaq çox çətindir. Bu 1992-ci il fevralın 26-da Xocalıda törədilən qətllərin erməni tərəfindən edilməsi haqqında ilk etirafdır”, - deyə T.Qolts vurğulayıb.
Amerikalı professor həmçinin ermənilər tərəfindən Azərbaycanın Kəlbəcər rayonunu işğal etdiklərini barədə hadisəni xatırlayıb. O qeyd edib ki, özü mülki əhalini təxliyə edən ən axırıncı helikopterlərdən birində olub. Onun sözlərinə görə, erməni tərəfinin yalan məlumatının təsiri altında beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası daxil olmaqla, bilavasitə Ermənistanın işğal faktına aidiyyətini qəbul etmək istəməyib. “Ermənilər xəbəri aşağıdakı kimi təqdim ediblər: yerli kürdlər Azərbaycan hökümətinə qarşı çıxıblar, ermənilər isə onlara kömək edib. BMT TŞ rayonun işğal edilməsi faktına dair qətnamə qəbul edib. Lakin burada qeyd olunub ki, “Emənistan ordusu” deyil, “yerli erməni ordusu” bu rayonu işğal edib.
T.Qolts bildirib ki, ermənilər mətbuat vasitəsilə dünyaya Dağlıq Qarabağ müçaqişəsinə dair yanlış təsəvvürü zorla qəbul etdirərək problemin dini zəmində baş verdiyinə inandırmaq istəyirlər. Münaqişə “xristian Ermənistanın müsəlman Azərbaycanın təcavüzünə qarşı durması” kimi təqdim edilir. “İslam təhlükəsi”, “islam bomba”sı kimi terminlərdən nə zaman xilas olacağımızı deyə bilmərəm. Lakin, bu termindən tez bir zamanda qurtulmaq lazımdır”, - deyə o vurğulayıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət