Naxçıvan şəhərinin elektrik enerjisinə olan tələbatının 40%-ni ödəyən elektrik yarımstansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib. Yarımstansiyanın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
“Bu gün ölkəmizdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması, dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə rəhbərinin diqqət və qayğısı ilə yeni elektrik stansiyaları tikilir, müasir yarımstansiyalar yaradılır, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilir”, - deyə o, mərasimdə çıxışı zamanı bildirib.
V.Talıbovun sözlərinə görə, muxtar respublikada da bu sahənin inkişafı diqqət mərkəzində saxlanılır, bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunur, son illər ərzində istismara verilmiş müasir su elektrik stansiyaları, mövcud modul və qaz-turbin elektrik stansiyaları elektrik enerjisinə olan tələbatın ödənilməsində mühüm əhəmiyyət kəsb edir.
“Hər bir sahənin inkişafının təmin olunmasında əsas amillərdən biri ixtisaslı kadrların hazırlanmasıdır. Muxtar respublikanın energetika sahəsində ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir, bu sahədə həm nəzəri, həm də praktiki biliklərə malik olan mütəxəssislər hazırlanır”, - deyə Ali Məclisin sədri qeyd edib.
O bildirib ki, hazırda muxtar respublikada istismar olunan elektrik stansiyaları yerli mütəxəssislər tərəfindən idarə olunur, istifadəyə verilən yeni yarımstansiya da Naxçıvan MR energetikləri tərəfindən qurulub.
“Bütün bunlar MR-in energetika sahəsində ixtisaslı kadrların yetişdirildiyini təsdiq etməyə əsas verir”,- deyə V.Talıbov vurğulayıb.
Onun sözlərinə görə, yarımstansiyada qabaqcıl ölkələrin istehsalı olan müasir elektrik avadanlıqları quraşdırılıb ki, bu da elektrik enerjisinin keyfiyyətli ötürülməsini həyata keçirməyə, onun itkisinin qarşısını almağa, burada yaradılan müasir təhlükəsizlik sistemi isə iş şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək.
“MR-in energetika sahəsində tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhalinin elektrik enerjisi ilə dayanıqlı təminatıdır. Bu yarımstansiyanın istismara verilməsi 2012-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar Ali Məclisdə keçirilmiş müşavirədə verilən tapşırıqların icrası istiqamətində görülən işlərin davamıdır", - deyə Ali Məclisin sədri qeyd edib.
Yarımstansiyadan çıxan xətlərin 110 kilovoltluq şəbəkəyə qoşulması üçün 3 kilometr uzunluğunda hava elektrik verilişi xətti və 3 kilometr uzunluğunda mis kabel xətti çəkilib, ildırımötürücü quraşdırılıb.
V.Talıbov yarımstansiyanın müasir tələblərə cavab verən binası və idarəetmə mərkəzi ilə tanış olub.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət