Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) daşınmaz əmlakın dövlət reystri ilə bağlı dəyişiklikləri qanun layihəsi formasında hazırlayaraq hökumətə təqdim edib. Bu barədə çərşənbə günü jurnalistlərə ƏMDK-nin sədr müavini Rafik Cəlilov məlumat verib.
“Düzəlişlərdə qeydiyyat prosseslərinin sadələşdirilməsi və qeydiyyat müddətinin azaldılması ilə bağlı təkliflərimiz əks olunub. düzəlişlərə əsasən, “Əgər hazırda əmlakın qeydiyyata alınması üçün qanunvericilikdə Forma №1-in alınmasına 5 iş günü vaxt tələb olunurdusa, bu müddətin 1 günə, təkrar bazardakı yaşayış evləri üçün 20 gün vaxt verilirdisə, 7 günə, ipotekanın rəsmiləşdirilməsi zamanı isə 5 gündən 3 günə kimi azaldılması təklif olunur”,- deyə R.Cəlilov bildirib.
O həmçinin, qeyd edib ki, 2012-ci il oktyabr ayının sonuna qədər daşınmaz əmlakın qeydiyyat prosedurunun sadələşdirilməsi üçün ƏMDK Bakının beş rayonunda –Səbail, Suraxanı, Yasamal, Nizami və Nəsimi rayonlarında filiallar açacaq.
“2012-ci ilin 9 ayı ərzində ƏMDK 112 min daşınmaz əmlak obyekti üzrə mülkiyyət hüququnu qeydə alıb. Bütövlükdə, əgər əvvəlki illərdə il ərzində qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 80-90 min təşkil edirdisə, 2011-ci ildə bu göstərici 147 minə çatıb”,- deyə o qeyd edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət