Azərbaycanın iqtisadi potensialının güclənməsi onun ordusunun güclənməsi ilə müşayət olunur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov 705 saylı hərbi hissənin yaradılmasının 20-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə çıxışında belə söyləyib.
“Milli Ordu quruculuğunda vacib mərhələlərdən birini təşkil edən 705 saylı hərbi hissə yarandığı müddətdən bəri böyük inkişaf yolu keçərək, torpaqlarımızın keşiyində sayıq dayanıb, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyini həmişə nümayiş etdirib”,- deyə V.Talıbov qeyd edib.
O deyib ki, 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk Milli Ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. Naxçıvanda Milli Ordu hissəsinin yaradılması münasibətilə 1992-ci il oktyabrın 9-da ilk hərbi parad keçirilib. V.Talıbovun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu xəttinin ölkə Prezidenti, İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, ordunun döyüş qabiliyyəti inkişaf etdirilir, maddi- texniki bazası gücləndirilir, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması yönündə tədbirlər həyata keçirilir. “ Azərbaycanın iqtisadi potensialının güclənməsi onun ordusunun güclənməsi ilə müşayət olunur.Bu güm Azərbaycan Cənubi Qafqazda öz ordusunu ən son hərbi texnika və silahlarla təchiz etmiş yeganə ölkədir”, - deyə Naxçıvan MR-in başçısı bildirib.
O qeyd edib ki, son 16 ildə MR-də 170 hərbi obyekt tikilib, hərbi tabor və hissələrin şəxsi heyətinin döyüş qabiliyyəti və peşəkarlığı yüksəldilir.“Ordu quruculuğu sahəsində tədbirlər davam etdiriləcək. Bizi ciddi tapşırıqlar gözləyir. Bu tapşırıqların öhdəsindən uğurla gəlmək üçün gələcəkdə də Naxçıvanda yerləşən Azərbaycan Ordu hissələrini daima təkmilləşdirmək, onların hərbi hazırlığını yüksəltmək lazımdır”,- deyə V.Talıbob əlavə edib.
Naxçıvan Ali Məclisinin sədri 705 saylı hərbi hissədə müxtəlif təyinatlı hərbi texnika ilə tanış olub. Bildirilib ki, bu gün MR-də yerləşən hərbi hissələrin xüsusi təyinatlıları və kəşfiyyat bölmələri ən müasir silahlarla təchiz edilib. Bu texnikalar vasitəsilə düşmənin canlı qüvvəsini, onların hərəkət istiqamətlərini, hərbi texnikaların və silahların xarakteristikasını müəyyənləşdirmək, Muxtar Respublikanı etibarlı mühafizə etmək mümkündür.
V.Talıbov həmçinin, Naxçıvan hərbi hissə qərargahının yeni binasının və hərbi şəhərcikdə istifadəyə verilən ikimərtəbəli uşaq baxçasının açılışında da iştirak edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət