Prezident İlham Əliyev hökümətə elektrik paylayıcı xətlərin modernləşdirilməsi ilə məşğul olmağı tapşırıb.
“İnfrastruktur layihələri arasında qazlaşdırma, kənd yolları, içməli su, əlbəttə, kanalizasiya məsələləri prioritet təşkil edir. Elektrik xətlərinin çəkilişi məsələləri də prioritet olmalıdır”, - deyə İ.Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
İ.Əliyevin çıxışının mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
Dövlət başçısı qeyd edib ki, respublikada elektrik enerjisinin təminatının yaxşılaşması üçün çox ciddi tədbirlər görülüb, böyük güclər yaradılıb, elektrik stansiyaları tikilib.
“Ancaq paylayıcı xətlər bir çox hallarda istənilən səviyyədə deyildir”, - deyə o əlavə edib.
Prezident vurğulayıb ki, artıq əsas yükü paylayıcı xətlərə yönəltmək lazımdır, xüsusilə bölgələrdə. Çünki Bakı şəhərində görülən tədbirlər nəticəsində bu məsələ demək olar ki, əsaslı şəkildə öz həllini tapıb.
“Yeni infrastruktur layihələrinin icrası nəticəsində artıq çox mükəmməl sistem yaranmaqdadır (elektrik paylayıcı – İF-Az). Hesab edirəm ki, gələn il artıq bu sahədə də ciddi dönüş ili olmalıdır. Biz bu məsələ ilə bağlı kompleks tədbirlər görməliyik. Hökumətə tapşırıram ki, konkret proqram təşkil edilsin”, - deyə o qeyd edib.
İ.Əliyev həmçinin hökümətə İnvestisiya Proqramında bölgələrin paylayıcı xətlərinin bərpası, yenidən qurulması məsələsinin ayrıca maddə ilə öz əksini tapmasını tapşırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət