“Azəri-Çıraq –Günəşli” yataqlar blokunda neft hasilatında azalma ilə əlaqədar bp şirkəti ətrafında yaranmış vəziyyət Azərbaycanda fəaliyyət göstərən digər xarici şirkətlərin fəaliyyəti üçün heç bir təhlükə yaratmır. Azərbaycanın səanye və energetika naziri Natiq Əliyev bazar ertəsi jurnalistlərə belə bildirib.
“Azərbaycan Prezidentinin AÇG yataqlarından neft hasilatının azalması ilə bağlı bp şirkətinin ünvanına söylədikləri digər xarici şirkətlər üçün təhlükəli deyil. Şirkətlərlə müqavilələrin ləğv ediləcəyinə dair narahatlıqlar əsassızdır. Hazırda söhbət AÇG yataqlar blokundan neft haslılatının sabitləşməsi üçün görüləcək tədbirlərdən gedir”.- deyə N.Ə liyev bildirib.
Onun sözlərinə görə, son iki ildə AÇG yataqlarında neft hasilatının kəskin azalmasına “ciddi əsas olmalıdır”
“Prezident İlham Əliyev baş verənlərə ciddi və ədalətli qiymət verib və SOCAR şirkəti bu məsələyə nəzarəti gücləndirməlidir .Bp neft hasilatının azalmasını texniki tədbirlərin görülməsi, hasilat qurğularının dayanması, təmir işləri aparıması ilə izah edir.Bu təbiidir, lakin digər tərəfdən hər bir yataq elmi əsaslarla işlənməlidir. Buna görə, hasilatın bu cür azalmasının səbəblərini izah etmək və müvafiq tədbirlər görmək lazımdır”,- deyə nazir bildirib.
H.Əliyev əlavə edib ki, bir neçə il öncə Azərbaycanda illik neft hasilatı pik həddə çataraq 51 mln. ton təşkil edib. Əvvəllər, AÇG yataqlarının ehtiyatları 511 mln. ton həcmində qiymətləndirilən zaman illik hasilatın 35 mln. tona çatacağı proqnozlaşdırılıb. Lakin sonradan, ehtiyatların həcminin daha da artması nəticəsində hasilat səviyyəsinin hətta 65 mln. tona çatdırılması mümkün hesab olunub”,- deyə nazir bildirib.
N.Əliyev həmçinin xatırladıb ki, BP şirkəti hər il hasilatla bağlı illik tədbirlər proqramı hazırlayır: “Və nəzərdə tutulan bütün proqnoz və tədbirlər özünü doğrultmalıdır”.
“Bir hasilat proqramı planlaşdırılarkən proqnozlaşdırılan rəqəmlərin yekun nəticə ilə üst – üstə düşməməsi o deməkdir ki, ya proqram düzgün tərtib olunmayıb, yaxud da neft hasilatının sabitləşdirilməsi üçün aparılan tədbirlər lazımı səviyyədə olmayıb”,- deyə N.Əliyev bildirib.
Nazir həmçinin, qeyd edib ki, prosesə geniş elmi dairələri cəlb etmək və yaranmış vəziyyətdən çıxış yolu tapmaq lazımdır.
Xəbər verildiyi kimi, Prerzidentm İlham Əliyev ötən həftənin çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında bildirib ki, Azəri-Çıraq-Günəşli yataqlar blokundan neft hasilatının həcminin azalması layihənin operatoru olan bp şirkətinin fəaliyyətində yol verdiyi kobud nöqsanların nəticəsidir.
Onun sözlərinə görə, AÇG blokunda neft hasılatı ilə məşğul olan ABƏŞ konsorsiumu kobud səhvlərə yol verib. Bunun nəticəsində AŞG blokundan neft hasilatı kəskin şəkildə azalmağa başlayıb.
İ.Əliyev əlavə edib ki, söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir”,- deyə dövlət başçısı əlavə edib.Bununla yanaşı o bildirib ki, 2009-2012-ci illərdə heft hasilatı üzrə proqnozların yerinə yetirilməməsi səbəbi ilə Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri $8,1 mlrd. təşkil edib.
“Keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdi ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyil.Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq SOCAR şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün”,- deyə İ.Əliyev bildirib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
“Çıraq” yatağından 1997-ci ilin noyabr ayından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprel ayının əvvəlindən neft hasilatına başlanılıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət