Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi yeni hüdudlara çıxmaq imkanı yaradacaq. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısının açılışında bəyan edib.
“Biz İƏT çərçivəsində əməkdaşlığı genişləndirmək, yeni hüdudlara çıxmaq, təşkilatı yenidən strukturlaşdırmaq istərdik. Düçünürım ki, Azərbaycanın İƏT-də sədrliyi təşkiilat çərçivəsində əməkdaşlığı yeni səviyyəyə çıxarmağa imkan yaradacaq”, - deyə R.Ərdoğan bildirib.
Onun sözlərinə görə, digər məsələlərdə olduğu kimi, Türkiyə bu işdə də Azərbaycanı dəstəkləməyə hazırdır.
“İqtisadi Əməkdaşlıq Təşkilatının sədri qismində Azərbaycan əməkdaşlığın yeni səviyyəyə çıxarmaq, layihələrin və üzv ölkələr arasında münasibətlərin möhkəmlənməsi üçün səy göstərəcək”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev sammitin açılışında bəyan edib.
“Təşkilat yeni inkişaf dövrü keçir. Əməkdaşlıq bütün ölkələrin maraqlarına cavab verir. Çünki bütün ölkələr ümumi tarix ilə biri-birinə bağlıdır, xalqlarımız əsrlərlə yanaşı yaşayıb, biri-birinə dəstək olublar. Din, ənənələrin eyniliyi bizi islam irsinin təbliğatı üçün maksimum səy göstərməyi qarşımıza vəzifə qoyur”, - deyə Prezident bildirib.
“Bəzi ölkələrdə islamafobiya meyllərinin güclənməsi, İslam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir”, - deyə Prezident vurğulayıb.
Onun sözlərinə görə, İƏT çərçivəsində fəaliyyətin bir istiqaməti məhz islamı xeyirxah din kimi təqdim etmək olmalıdır.
İ.Əliyev Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, İƏT üzv ölkələrin mövqeyi yekun sənədində öz əksini tapacaq.
“Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Ölkənin 20% ərazisi işğal edilib, 1 mln.-dan artıq insan öz yurdlarından qovulub, Münaqişə nəticəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Artıq üç dövlət bu soyqırımı rəsmən tanıyıb və onlardan biri Pakistandır. Biz Pakistana ədalətli mövqeyinə görə minnətdarıq”, - deyə İ.Əliyev qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir.
“Azərbaycan ərazi bütövlüyünü, suverenitetini bərpa edəcək və bütün vətəndaşlar qədim yaşayış yerlərinə qayıdacaq”, - deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, Ermənistanın təcavüzü Azərbaycanın inkişafına təsir göstərə bilməyib. Buna baxmayaraq, respublika sürətli inkişaf edir. O sammit iştirakçılarına ölkədə yoxsulluq və işsizlik göstəricilərinin azalması və xarici borcun ÜDM-nin cəmi 7% həcmində olduğu barədə məlumat verib.
“İƏT ölkələri ilə ticarət dövriyyəsi 9 ay ərzində 20% artıb. Bu yaxşı göstəricidir, çünki iqtisadi münasibətlərin səviyyəsi siyasi münasibətlərin səviyyəsinə uyğun olmalıdır. Əminəm ki, sammitin yekunları üzrə qəbul edilən qərarlar bu münasibətləri daha da möhkəmləndirməyə imkan yaradacaq”, - deyə İ.Əliyev qeyd edib.
“Azərbaycan ECO Bankın səhmdarıdır və üzv ölkələrdə həyata keçirilən vacib layihələrdə həm bank vasitəsi ilə, həm də investor kimi iştirak etmək niyyətindədir. Azərbaycan xaricdə milliard dollarlar investisiya qoyur. Əlbəttə ki, investisiya siyasəti dostluq münasibətləri qurduğumuz ölkələrə aid olmalıdır. Ümid edirəm ki, iqtisadi nazirlərimizin gələcək görüşü zamanı investisiyaların həcmləri və istiqamətləri müəyyən ediləcək”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident İ.Əliyev qeyd edib ki, Azərbaycan enerji tədarükü, həmçinin nəqli marşrutlarını diversifikasiya edəcək.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan nəqliyyat sahəsində regional mərkəzə çevriləcək.
“Yeni yolların, portların tikintisi Bakını nəqliyyat qovşağına çevirəcək.
Bakı-Tiflis-Qars dəmir yolu iki qitəni birləşdirir və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri üçün qeosiyasi və qeoiqtisadi nöqteyi-nəzərindən çox vacib layihə olacaq”, - deyə İ.Əliyev bildirib.
İ.Əliyev Azərbaycanın İƏT ilə əməkdaşlığa böyük önəm verdiyini bir daha təkrar edib.
“Ümid edirəm ki, gələcək görüşlərdə fikrimizi konkret layihələrə yönəldəcəyik. Əminəm ki, İƏT-in Bakı sammiti uğurlu olacaq və əməkdaşlığın möhkəmlənməsinə imkan yaradacaq”, - deyə İ.Əliyev qeyd edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət