Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı 10 ilə nəzərdə tutula bilər. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çərşənbə günü bəyan edib.
“Qüvvədə olan Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2009-2013-cü illərə nəzərdə tutulur. 2013-cü ilin fevral ayında hazırlanacaq yeni Dövlət Proqamı (Proqram layihəsi) beş ilə deyil, on ilə nəzərdə tutula bilər”, - deyə F.Məmmədov “Azərbaycanda orta təbəqə: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər” mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda formalaşan orta təbəqə yaxın on il ərzində ÜDM-nin iki dəfə artırılması məqsədinə çatmaqda xüsusi rol oynayacaq.
Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə diqqəti ölkədə orta təbəqənin formalaşmasına yönəldib. “Bu problem bütün ölkələrdə mövcuddur. Heç bir ölkə, hətta ən inkişaf edən plkələr qısa zamanda (20 il ərzində - İF-Az) orta təbəqənin formalaşdıra bilməyib. Bu məsələyə sistemli yanaşmaq lazımdır”, - deyə deputat vurğulayıb.
Z.Səmədzadə qeyd edeib ki, ölkədə orta təbəqənin formalaşmasını sürətləndirmək üçün qanunvericilikdə, Vergi Məcəlləsində dəyişikliklər etmək lazımdır.
“Milli Bankı uçot dərəcəsini azaltmalıdır. Azərbaycanda kredit resursları, həmçinin daxili investisiyalar artır. Dünya təcrübəsi göstərir ki, gələcəkdə ölkənin bank sistemi faiz dərəcələrini azaltmalıdır”, - deyə Z.Səmədzadə vurğulayıb ki, kredit resuslarından istifadə genişlənəcəyi təqdirdə bu addım sahibkarlığın daha səmərəli inkişafına imkan yaradacaq.
İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd edib ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə addımlar orta təbəqənin formalaşmasının sürətlənməsinə imkan yaradır.
“Cari ilin 9 ayı ərzində ölkə ərazisində 284 müəssisə istifadəyə verilib, daha 444-in tikintisi aparılır. Ən iki istehlakçı, investor və vergi ödəyicisi olan kiçik və orta sahibkarlığa dəstək lazımdır”, - deyə Z.Qasımov bildirib.
“Azərbaycanın yaratdığı iqtisadi inkişaf modeli sayəsində yaxın gələcəkdə ölkə əhalisinin adambaşı ÜDM-si $20 minə çata bilər”, - deyə Dünya Bankının aparıcı iqtisadçısı və ölkə üzrə sektor əlaqələndiricisi Raşmi Şankar hesab edir.
“Azərbaycan qeyri-neft sektorunda işlə təmin edilmə ilə bağlı problemləri həll etməyi bacarıb”, - deyə o əlavə edib ki “iqtisadiyyatın diversifikasiyası barədə unutmaq olmaz”.
Onun fikrincə, orta təbəqənin formalaşmasında ticarət və kredit bazarının liberallaşması, demokratiya və siyasi sabitlik, təhsilə xərclərinin artımı xüsusi rol oynayır.
Tədbirin təşkilatçıları SAM və Dünya Bankıdır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət