Noyabrın 2-də keçiriləcək parlamentin iclasının gündəliyinə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Əlaqələndirici, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun illik hesabatı, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, Azərbaycan Respublikasının Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər daxil edilib.
Azərbaycan parlamentinin iclasının gündəliyinə cəmi 12 məsələ daxil edilib. Vacib məslələrdən biri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna və bununla əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərin qəbul edilməsidir.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna iki düzəliş daxil etmək planlaşdırılır: aksiya təşkilatlarının arayış məlumatlarl haqqında maddə (ad, familiya, ata adı, yaşadığı ünvan) və aksiya təşkilatçılarının bir və ya bir neçə fiziki və ya hüquqi şəxs ola biləcəkləri haqqında müddəa.
Cinayət məcəlləsinə düzəlişlərə əsasən, aksiya keçirilməsi qaydalarının pozulmasına görə 5 mindən 8 min manatadək məbləğdə cərimə sanksiyalarının tətbiqi gözlənilir. 2 il ərzində islah işlərinin həyata keçirilməsi və ya 2 il müddətində həbsxanada cəza çəkmək nəzərdə tutulur. Mövcud qanunvericliyə əsasən, aksiya keçirilməsi qaydalarının pozulmasına görə cərimə sanksiyaları 100-500 manat təşkil edir, həmçinin 3 ilə azadlıqdan məhrum etmək cəzası nəzərdə tutulur.
İctimai əsayişin pozulmasına səbəb olan hərəkətlərin təşkiili, həmçinin bu hərəkətlərdə fəal iştiraka görə 5 mindən 8 min manatadək cərimə tətbiq etmək planlaşdırılır. Hazırda qanunun bu maddələri üzrə cərimə sanksiyaları 500 manat təşkil edir.
Cinayət məcəlləsinə planlaşdırılan düzəlişlərə əsasən, İctimai əsayişin pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmçinin bu hərəkətlərdə fəal iştiraka görə cəzaya həmçinin 3 il azadlıqdan məhrum etmə və ya 2 il ərzində islah işlərinin həyata keçirilməsi daxildir.
Qanunsuz aksiya iştirakçılarının odlu və ya soyuq silah, həmçinin ətrafdakı şəxslərin həyat və sağlamlıqlarına təhlükə törədən partlayıcı maddələrin və cihazların istifadəsinə görə 5 mindən 8 min manatadək cərimə və ya 3 il müddətinə azadlıqdam məhrum edilmə cəzası nəzərdə tutulur.
O cümlədən Cinayət məcəlləsinə ictimai işlər şəklində cəzanın tətbiqinə aid dəyişikliklər nəzərdə tutulur. Belə ki, mövcud qanunvericilikdə 60-240 saat ərzində ictimai işlərin yerinə yetirilməsi şəklində cəza növü nəzərdə tutulur. Dəyişiklərə əsasən, həmin işlərin 80-320 saat ərzində yerinə yetirilməsi tələb edilir.
İnzibati Xətalar məcəlləsinə nəzərdə tutulan düzəlişlərdə qanunsuz aksiya təşkilatçıları və iştirakçıları barəsində sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.
Belə ki, Məcəllənin 23-cü maddəsinə pozucuların ictimai işlərə cəlb olunması haqqında maddə daxil ediləcək. Fiziki şəxslər barəsində inzibati cərimə sanksiyalarını 3 mindən 5min manatadək artırmaq planlaşdırılır (Məcəllənin 25-ci maddəsinin 25.5-ci bəndi).
Məcəllənin 49-cu maddəsinə yığıncaq, mitinq, küçə yürüşləri və piketlərin keçirilməsinə mane olmaq cəhdlərinə görə dəyişikliklər fiziki şəxslər barəsində 1,5 mindən 3 min manatadək, vəzifəli şəxslər barəsində - 3 mindən 6 min manatadək, hüquqi şəxslər barəsində - 15 mindən 30 min manatadək cərimə sanksiyalarını nəzərdə tutur.
Həmçinin 298-ci “Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması” maddənin müddəalarına dəyişikliklər təklif edilir. Belə ki, mövcud qanunvericiliyə əsasən, yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantını təşkil etməyə və keçirməyə görə aşağıdakı cərimə sanksiyaları nəzərədə tutulur: fiziki şəxslər 1,5 min – 3 min manat məbləğində cərimə ediləcəklər və ya pozucunun şəxiyyətindən asılı olaraq 200-240 saat ərzində ictimai işlərin icrasına cəlb ediləcəklər, və ya 15 sutka ərzində inzibati şəkildə həbs olunacaqlar; vəzifəli şəxslər 3-6 min manat məbləğində; hüquqi şəxslər – 15 mindən 30 min manatadək cərimə ediləcəklər.
Yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etməyə görə - 500 manatdan 1 min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160-200 saatadək ictimai işlər və ya 15 günədək inzibati həbs tətbiq olunur.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət