Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri Svetlana Orlova Azərbaycan-Rusiya münasibətlərinin inkişafında komissiyanın işini vacib element hesab edir.
“Biz çox zəhmət və səbr tələb edən iş görürük. Çox səmimi söhbət aparılır. Miqrasiya ilə bağlı problemləri müzakirə etdik. Mədəniyyət, həmçinin bir sıra digər mühüm sahələrdə əməkdaşlıq haqqında müzakirələr keçirilib”, - deyə S.Orlova cümə günü Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyanın X iclasının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər işlənməyən məsələyə dair işçi qrupları yaradılır, nəticə göz qabağındadır.
“Hər işlənməyən məsələyə dair işçi qrupları yaradırıq. Bu iş çərçivəsində Sankt-Peterburqda keçirdiyimiz gənclər forumunu davam etdirmək istəyirik”, - deyə S.Orlova qeyd edib.
O əlavə edib ki, təhsil sahəsində bəzi problemlər mövcuddur. Bununla əlaqədar Rusiyada islahatlar keçirilir.
“İclas zamanı təhsil sahəsində Rusiyada aparılan islahatlar barədə məlumat verdim. Bu gün biz ali məktəblərin sayını azaldırıq. Bəzi ali məktəblər elni statusu alıblar. Azərbaycanın təhsilə nə dərəcədə diqqət ayırdığı bizə məlumdur”, deyə o qeyd edib ki, təhsil alanların sayının azaldılmaması haqqında razılıq əldə edilib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini bildirib ki, ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlığın azalması müşahidə edilir. “Hərbi-texniki, maşınqayırma və ASK sahəsində əməkdaşlıq üzrə ticari dövriyyəsi azalıb. Bu səbəbdən biz Bakıda deyil, kənd təsərrüfatı regionların birində forum keçirmək barədə razılığa gəldik”, - deyə o vurğulayıb.
İclas zamanı QHT-lərin fəaliyyətinə aid məsələlər müzakirə edilib. Onun sözlərinə görə, Rusiyada bu sahədə qanunvericilik qəbul edilib.
“Bəzi QHT-lərin ölkəmizdə fəalliyyət göstərdiyinə baxmayaraq dövlətə qarşı iş apardıqları bizə məlumdur. Görünür, sizin ölkədə də bu cür hallar mövcuddur. Əgər QHT xaricdən maliyyələşdirilirsə bu vəsaiti nəyə xərclədiyini nümayiş etdirməlidir. Hər şey doğru, açıq olmalıdır. Hansı qrantlar, nəyə xərclənir, nə iş aparılır”, - deyə o bəyan edib.
“Bu səbəbdən, digər ölkənin göstərişləri bizim üçün qəbuledilməzdir. Bilirik ki, siz də bunu qəbul etmirsiz. Biz dialoq üçün açığıq və bu mövzuları qaldıracağıq”, - deyə o qeyd edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət