Bolqarıstan Azərbaycana neft emalı üzrə birgə layihələrin həyata keşirilməsində maraqlıdır. Bu barədə Bolqarıstanın regionların inkişafı və ictimai işlər naziri Liliyana Pavlova bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda bəyan edib.
Onun sözlərinə görə, şirkət həmçinin “Baku White City”, “Şahdağ” Qış-Yay Turizm Kompleksi və Bakı beynəlxalq dəniz portu, avtomobil və dəmir yollarının tikintisi kimi investisiya layihələrində iştirak etməkdə maraqlıdır. “Şirkətlərimiz podratçı, subpodratçı və tədarükçü rolunda iştirakda maraqlıdırlar”, - deyə o bildirib.
“Bolqarıstan Azərbaycanı strateji tərəfdaşı hesab edir. Tərəflər ticari-iqtisadi münasibətlərin inkişafı üçün bütün imkan və böyük potensiala malikdir”, - deyə nazir turizmin inkişaf etməsinin vacibliyini qeyd edib.
L.Pavlova əlavə edib ki, Bolqarıstanın nümayəndə heyətinin tərkibinə 12 tikinti şirkəti daxildir ki, bu Azərbaycanın həmin sektoruna maraq olduğunu sübut edir.
Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, respublikada Bolqarıstan kapitalı ilə 10 şirkət fəaliyyət göstərir. “2011-ci ildə ölkələr arasında ticarət dövriyyəsi $446,32 mln. təşkil edib. Ötən il Bolqarıstana Azərbaycan məhsullarının ixracı - 2,7 dəfə, Azərbaycana idxal – 3 dəfə artıb”, - deyə N.Səfərov qeyd edib.
Nazir müavini ticari-iqtisadi münasibətlərin siyasi səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb.
Biznes forum çərçivəsində iki üçtərəfli anlaşma memorandumu imzalanıb. Birinci sənəd Azərbaycanın “Azvirt”, Bolqarıstanın “Trace Group” və “Dynamic Resource” tikinti şirkətləri arasında, ikinci sənəd Azərbaycanın “Caspian Service” və Bolqarıstanın “Dynamic Group” və “Biad Company” tikinti şirkətləri arasında imzalanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət