Xəzər dənizində tikilməsi nəzərdə tutulan “Khazar Islands” layihəsi $100 mlrd. dəyərində qiymətləndirilir. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə layihənin rəhbəri, “Avesta” konserninin prezidenti İbrahim İbrahimov məlumat verib.
“Bu fikir 2010-cu ildə, Dubaydan qayıdanda təyyarə dənizin üzərindən uçarkən ağlıma gəlib, mən vizual olaraq layihəni görməyə başladım, 20 dəqiqə ərzində layihənin eskizini çəkdim”,- deyə o bildirib.
Onun sözlərinə görə, $100 mlrd-ın yarısı xarici investisiyaların hesabına, ikinci yarısı mənzil, ofis və digər infrastrukturların satışı hesabına əldə ediləcək.
İ.İbrahimov əlavə edib ki, şəhərin tikintisi dörd mərhələdə həyata keçiriləcək. ümumi dəyəri $10 mlrd. olan birinci faza 2016-02017-ci illəri,dəyəri $30 mlrd. olan ikinci faza 2014-2019 illəri əhatə edəcək . Üçüncü faza 2019-2025-ci illərdə ($40 mlrd), dördüncü faza 2022-2025-ci illərdə( $20 mlrd.) həyata keçiriləcək.
“ Biz gələn il Azərbaycan Prezidenti İlham Əliyevi layihənin işə salınması və işlərin gedişi ilə tanış etmək üçün dəvət etmək niyyətindəyik”,- deyə İ.İbrahimov bildirib.
Onun sözlərinə görə layihə çərçivəsində 2019-2020-ci illərdə tikinti işlərinin başa çatdırılması üçün kifayət qədər investisiya olacaq.
“Bu şəhəri smart və eco sity kimi xarakterizə etmək olar. Şəhərdə külək olmayacaq. Bütün kommunikasiyalar suyun altında olacaq. Bütün yollar 7 zolaqlı olacaq və kəsişməyəcək, yəni şəhərdə sfetafor olmayacaq.Həmçinin, şəhərdə uzunluğu 150 km olan ikimərtəbəli qaraj olacaq ki, bura 1 mln. avtomobil yerləşəcək”.- deyə o əlavə edib.
Bütövlükdə, şəhər 55 adanı əhatə edəcək, bunlardan birincisi inzibati bina olacaq.
“Yəni burada inzibati binalar, dövlət müəssisələri, ticarət mərkəzi yerləşəcək.Qalan adalar yaşayış üçün nəzərdə tututlur. Altıncı adaya qədər binalar 29-30 mərtəbəli olacaq.Altıncı adada hündürlüyü 50-85 mərtəbə olan 70 bina tikiləcək”,- deyə o qeyd edib
İ.İbrahimov əlavə edib ki, şəhərdə ən hündür tikili olan “Azerbaijan Tower”in hündürlüyü 1050 metr olacaq və o 7 binadan ibarət olacaq.Binanın layihəsinin ümumi dəyəri $2 mlrd təşkil edir. Binanın tikintisinə 2016-2017-ci illərdə başlanılacaq və 2020-2022-ci illərdə başa çatacaq”.- deyən İ.İbrahimov əlavə edib ki, dünya əhalisinin ən az 10%-i bu tikiliyə baxmağa gələcək.
Hər bir adanın mərkəzləşmiş qaydada ayrıca enerji və su təchizatı olcaq.Bundan başqa, şəhər ərazisində 150 körpü,150 xəstəxana, 150 uşaq baxçası, 150 məktəb, 5 ali məktəb, “Formula-1” və keçirilməsi üçün yer, hippodrom və s. olacaq”,- deyə o qedy edib.
Layihə rəhbəri əmindir ki, bu şəhər sayəsində ildə turzizmdən $20 mlrd. gəlir əldə etmək mümkün olacaq. Şəhərdə daimi olaraq 1 mln. insan yaşayacaq. Onlardan 800 mini daimi sakinlər, 200 mini turistlər olacaq ”,- deyə osöyləyib.
İ.İbrahimov həmçinin, “Khazar Islands” ərazisində dünyanın ən böyük məscidini tikmək niiyyətindədir, layihənin reallaşması üçün $1 mlrd. vəsait tələb olunur.
“Şəhərin tikintisi 600 min insanı işlə təmin etməyə imkan verəcək”,- deyə İ.İbrahimov bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət