ABŞ vətəndaşları noyabrın 6-da ölkənin 45-ci prezidentini seçəcəklər.
Prezident postuna əsas namizədlərin – dövlət başçısı demokrat Barak Obama və Respublika partiyasının nümayəndəsi Mitt Romninin şansları bərabər kimi qiymətləndirilir.
Ekspertlərin rəyinə görə, ABŞ-da keçiriləcək 57-ci prezident seçkilərinin nəticələrindən Rusiya üçün “yenidən yüklənmə” və ya Rusiya-Amerika münasibətlərinə soyuq sülh şəraiti qayıdacağı asılıdır.
“Romni prezident seçiləcəyi halda bunu dərk etməyə zaman lazım olacaq – yarım il və ya bir il. Bu oyun, soyuq müharibə şəraiti və təmtəraqlı tənqid ili olacaq. Hər halda bu mühüm dərəcədə münasibətlərimizi korlayacaq”, - deyə seçkiqabağı Rusiya Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov bildirib.
Bununla yanaşı, Kremldə ABŞ-ın hər bir seçilən prezidenti ilə işləməyə hazırdır.
“Amerika xalqı kimi seçərsə, onunla da tərəfdaşlarımızın istədikləri kimi o dərəcədə səmərəli çalışacağıq”, - deyə Rusiyanın prezidenti Vladimir Putin qeyd edib.
M.Romninin məşhur “Rusiya bir nömrəli qeosiyasi rəqibdir” bəyanatını şərh edərək Rusiyanın prezidenti vurğulayıb ki, bu ritorika seçkiqabağı xarakter daşıyır və “sözsüz ki, səhvdir”.
ABŞ-da mövcud konstitusiya üzrə, prezident və vitse-prezident birbaşa deyil, iki pilləli səsvermə ilə seçilirlər. Prezident seçkilər günü amerikalı seçicilər seçkiçiyə səslərinə verirlər. Seçkiçilətr ştatlar səviyyəsində partiya qurultayları ilə təyin olunurlar. Onların sayı konqressdə (senat və nümayəndələr palatasında) hər ştatdan nümayəndələrin sayı ilə müəyyən edilir.
ABŞ qanunvericiliyinə əsasən, seçkilərdə cəmi 538 seçkiçi iştirak edir. Beləliklə, seçkilərdə qalib gəlmək üçün seçkiçilərin 270 səsini toplamaq kifayətdir. Onların səsverməsi dekabrın 17-də keçiriləcək. Lakin, bu prosedur əslində ənənə şəklindədir və formal xarakter daşıyır. Çünki ümumi səsvermənin nəticələri və yeni prezidentin adı artıq ümumi seçkilər gününün sonunda məlum olur.
Bir çox ştatda tarixi olaraq eyni partiya qalib gəlir. Hazırki seçkilərdə namizədlər bu dəstəyi qorumağa ümid edirlər.
Lakin prezident seçkilərinin nəticəsi həm respublikaçını, həm də demokratı dəstəklıəyəcək ştatlarda həll ediləcək. Məhz həmin ştatlar əsas döyüş meydanı olacaq.
2012-ci ildə keçiriləcək seçkilərdə 161 seçkiçi “müəyyən edilməyən” ştatların payına düşür. Burada səsvermənin nəticələri aydın deyil: hər iki namizədin təxminən qələbəyə çşansları bərabərdir. Beləliklə, seçkilərin nəticəsi ölkənin bütün əhalisi ilə deyil, həmin ştatlarda yaşayan amerikalıların üçdə bir hissəsindən az sayı ilə həll ediləcək.
Əsas diqqət Məhz həmin ştatlarda keçiriləcək səsvermənin nəticələrinə yönələcək.
Amerikanın tarixində dörd dəfə kazus baş verib. Belə ki, ümumi seçkilərdə az sayda seçicilərin səslərini toplayan namizəd prezident olub.
Məsələn, belə hadisə 2000-ci ildə baş verib. O zaman rəqibi Albert Qirdan 500 min səs az toplayan Corc Buş seçkilərdə qalib gəlib. Cünki C.Buşu 271 seçkiçi dəstəkləyib, bu isə həmin seçkiçilərin təmsil etdikləri ştatların əhali sayına uyğun olmayıb.
Seçkilərdən öncə Moskvada Amerika seçki sistemini köhnəlmiş və ədalətdən uzaq adlandıraraq tənqid ediblər.
“Hesab edilir ki, noyabrın 6-da Amerika xalqı öz prezidentini seçəcək. Əslində böyük səlahiyyətlər veriləcək dövlət başçısını xalq deyil, seçkiçi adlandırılan məhdud sayda şəxs seçəcək. Beləliklə, amerikalı vətəndaşlarının seçdikləri deyil, 280 nəfərin müəyyən etdiyi şəxs prezident olacaq”, - deyə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov bəyan edib.
Onun fikrincə, amerikalı vətəndaşların öz prezidentlərini seçmək hüququ barədə danışmaq çətindir. Orta statistik amerikalının prezident olmaq hüququ barədə ümumiyyətlə danışmaq mümkün deyil.
Noyabrın 6-da prezident seçkiləri ilə eyni zamanda ABŞ Konqressinə seçkilər keçiriləcək: əsas hissəsi respublikaçıların təmsil olduğu nümayəndələr palatası və demokratların üstünlük təşkil etdiyi senatın üçdə bir hissəsi tamamilə təzələnəcək.
Əgər ABŞ-da keçiriləcək prezident seçkiləri barəsində intriqa son məqama qədər qorunarsa, artıq indi də aydındır ki, B.Obama qalib gələcəyi halda onun administrasiyası əsas fiqurlardan birini itirəcək: ABŞ Dövlət Katibi Hillary Clinton postunu tərk etmək qərarı alıb.
ABŞ konstutisiyasına müvafiq olaraq, prezident dprd illik müddətə seçilir. O iki il ardıcıl müddətdən artıq dövlət başçısı postunda qala bilməz.
Seçilən prezidentin inauqurasiyası 2013-cü il yanvarın 20-nə təyin edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət