Maliyyə “iyirmiliyi” ABŞ-da fiskal disbalans məsələsinə baxıb, Avrozonada müsbət həll yollarını qeyd edib. RF maliyyə naziri Anton Silyanov maliyyə nazirlərinin və G20 ölkələrinin mərkəzi banklarının başçılarının Mexikoda keçirilən görüşünün yekununa dair jurnalistlərə məlumat verərəkən belə bildirib.
“ABŞ-dan olan həmkarlar əgər vacib qərarlıar alınmazsa iqtisadiyyatın əhəmiyyətli dərəcədə artım tempinin ləngiyəcəyi təqdirdə yaranacaq fiskal uyğunsusluq barədə danışdılar.Hətta iqtisadi artımın 5% azalması rəqəmi də göstərilib”.- deyə A.Siluanov qeyd edib.
A.Siluanov söyləyib ki, bu cür qiymətləndirmələrin maliyyə “iyirmiliyinin” görüşü çərçivəsində səsləndirilməsinə baxmayaraq, hamı məsələnin həll olunacağına ümid edir. “Hamı ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar lazımı tədbirlərin hazırlanacağına və fiskal uyğunsuzluğun qarşısını alınması yolunda, dünyanın ən böyük dövlətində iqtisadiyyatın artım tempinin azalması risklərini aradan qaldırmaq üçün müəyyən işlər görüləcəyinə ümid edir”,- deyə o bəyan edib.
G20 Avropa ölkələrində qəbul edilmiş qərarların müsbət yöndə olduğunu qeyd edib. “Müsbət cəhət bundadır ki, avropalılar özləri üçün “yanğın əleyhinə divar” yaradıblar, bu investorlarda əminlik yaradıb. Avropalılar iqtisadi azalmanın qarşısının alınması tədbirlərinin müzakirəsi zamanı verilən bütün öhdəlik və vədləri yerinə yetiriblər “,- deyə A.Siluanov qeyd edib.
“İyirmilik” həmçinin, dünya iqtisadiyyatının artım tempi məsələsini də müzakirə edib. Xüsusən, artım tempinin ləngiyəcəyi təqdirdə ölkələr cari hesab və büdcə üzrə profisit balansı ilə daha yumşaq fiskal siyasət yürütməli, xərcləri artırmalı, tələbatı stimullaşdırmalıdır.
Disskussiyanın bir sıra iştirakçılarının fikrincə bu dünya iqtisadiyyatına yaxşı təsir göstərməlidir.
Rusiya öz növbəsində gələcəkdə federal büdcə xərclərinin artmasının qəbuledilməz olduğunu bildirib. “Biz əksinə, xərclərimizi məhdudlaşdıran büdcə qaydalarını qəbul etmişik, çünki xərclərimizi artırmaqla biz neft və qazdan asılılığımızı azaltmırıq.Rusiya deyilən təkliflərdə iştirak edə bilməz”,- deyə A. Siluanov qeyd edib.
“Çin də bu cür yanaşmanı qəbul etmir, çünki onun cari hesabda profisiti və büdcə profisiti azaldılır “,- deyə RF –nin maliyyə naziri əlavə edib. “Buna görə bu təklifin həyata keçməsi kifayət qədər skeptik” qarşılandı”,- deyə o əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət