BMT İnternetin idarə edilməsi üzrə xüsusi nümayəndə təyin etməlidir. Böyük Britaniyanın mədəniyyət, kommunikasiya və yaradıcılıq industriyaları naziri Edvard Vayzey belə hesab edir.
“Müasir həyatı internetin idarə olunması mövcud olmadan təsəvvür etmək çətindir. Beynəlxalq konsultativ qrup qisnmində biz bu sahənin inkişafı üçün mümkün olanı edirik. Lakin, mən internetin idarə ediməsi üzrə səmərəli rəhbər strukturunun yoxluğundan məyus oldum. Ümid edirəm ki, BMT-nin Baş katibi internetin idarə edilməsi üzrə xüsusi nümayəndə təyin edəcək”, - deyə E.Vayzey Bakıda keçirilən 7-ci İnternet İdarəçiliyi Forumunda bildirib.
Onun sözlərinə görə, hökumətin vəzifəsi dövlətinin vətəndaşları üçün internetdən istifadə etməyi təmin etməkdir.
“Bu sahədə intellektual mülkiyyət hüququnun qorunması, uşaqların təhlükəsizliyini təmin etməklə kibercinayətkarlığa qarşı mübarizə ilə əlaqədar problemlər mövcuddur. İnternetin birgə idarə edilməsinin təminatı sahəsində analaşmaya nail olmaq vacibdir”, - deyə Britaniyalı nazir vurğulayıb.
Misirin kommunikasiya və informasiya texnologiyaları naziri Hani Mahmud öz növbəsində bəyan edib ki, İnterneti nizamlamaq lazımdır.
“İnternet istifadəçilərinin sayının artımı qlobal elektron şəbəkəni dövlətin nəzarətindən çıxara bilər. Bununla əlaqədar dünya ölkələri bu prosesləri nizamlamaq və interneti idarə etmək üçün əməkdaşlıq etmələridirlər”, - deyə Misir nümayəndəsi vurğulayıb.
Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sanqin forum iştirakçılarına ölkəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı barədə məlumat verib.
“2002-ci ilədək Əfqanıstanda taliban rejimi hakimiyyətdə olub. Həmin illərdə İnternet, televiziya, musiqi və foto qanundan kənar olub. Əfqan xalqı tamamilə təcrid olunmuş şəraitdə yaşayıb. Telefon əlaqəsindən istifadə etmək üçün əfqanlar sərhədi keçməli olublar”, - deyə Ə.Sanqin qeyd edib.
“Lakin, son 10 il ərzində Əfqanıstanda İnternet və İKT sahəsinin inkişafına $2 mlrd. vəsait yatırılıb. Bu gün əhalinin 90%-i mobil telefonlardan istifadə edir”, - deyə nazir bildirib.
O qeyd edib ki, hazırda Əfqanıstanın 11 şəhərində 3G xidməti göstərilir.
“2 il ərzində biz ölkənin şəhər əhalisinin 80%-i geniş zolaqlı İnternet şəbəkəsi ilə təmin etməyi nəzərdə tuturuq”, - deyə Ə.Sanqin vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət