2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan və Xorvatiya arasında ticarət mübadiləsi ötən ilin analoji dövrü ilə müqayisədə 26% artıb. Bu barədə iqtisadi nkişaf naziri Şahin Mustafayev bəyan edib.
Xorvatiyaya səfər çərçivəsində Ş.Mustafayevin rəhbətlik etdiyi nümayəndə heyəti ölkənin baş naziri Zoran Milanoviç ilə iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
“Tərəflər urizm, energetika, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensiala malikdir”, - deyə Ş.Mustafayev səfər çərçivəsində təşkil olunan Xorvatiya-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.
Nazir Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verib möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb, xorvatiyalı iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Ş.Mustafayev həmçinin Xorvatiyanın baş nazirinin birincici müavini, iqtisadiyyat naziri Radimir Çaçiç, dənizçilik, nəqliyyat və infrastruktur naziri Sinisa Haydas-Donçiç ilə görüşlərində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edib.
Azərbaycan nümayəndə heyəti Albaniyada olub. Albaniyanın baş naziri Sali Berişa ilə keçirilən görüşdə iqtisadi sahədə ikitərfli əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.
Albaniyanın baş nazirinin müavini, iqtisadiyyat, ticarət və energetika naziri Edmond Haksinasto və Tirana şəhərinin meri Lulzim Başa ilə keçirilən görüşlərdə də analoji məsələ müzakirə olunub.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət