Rusiyanin Xəzərdə hərbi iştirakını gücləndirmək və İranla əməkdaşlığı möhkəmləndirmək niyyətləri Xəzər hövzəsində regiondankənar qüvvələrin hərbi və iqtisadi iştirakından ehtiyatlanmasından irəli gəlir.Ekspertlər belə hesab edirlər.
“Birincisi, Rusiya Xəzər hövzəsinə regiondankənar ölkələrin gəlməsindən narahatdır. O bir növ Azərbaycanın kimlərisə bura dəvət edəcəyindən ehtiyat edir. İkincisi, bu Xəzərdə Rusiya-İran hərbi dəniz ittifaqının yaradılması perspektivi nəzərə alınmaqla İrana bir növ dəstək göstərməkdir. Əlbəttə, bu ittifaq regionda Moskva və Tehran üçün arzuolunmaz geosiyasi senarilərin inkişafının qarşısını kəsəcəc böyük qüvvədir”,- deyə istefada olan general- mayor Vladimir Timaşenko “İnterfaks Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, yaxın zamanlara qədər Rusiyanın Şimal, Sakit okean və Baltik donanmalarının deyil, Xəzər donanmasını gücləndirməsinə diqqət ayırması təəcüblü görünə bilərdi.
“ Bütün bu hərəkətlər perspektiv üçün nəzərdə tutulur.Baxmayaraq ki, geniş miqyaslı müharibələr dövrü artıq keçib, lakin onların meydana çıxma təhlükəsi zaman -zaman bu və ya digər yerdə yaranır və bunun qarşısını almaq lazımdır. Həm də İrana qarşı müharibə məsələsi hələ ki gündəmdədir. Göründüyü kimi, dünyadakı vəziyyəti, yaxın Şərqdəki hadisələri nəzərə alaraq Rusiya analitikləri belə nəticə çıxarıblar: Rusiyanı öz əlində saxlmaq lazımdır”,- deyə V.Timoşenko bildirib.
Politoloq, Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Xəzər donanmasını gücləndirilməsi Qərbin Xəzərdə və Cənubi Qafqazda maraqlarının irəliləməsinin qarşısını almağa yönəldirlib və bu Azərbaycanın təhlükəsizliyini təhdid edir. Onun fikrincə, bu mənada Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların yenidən başlanması Moskvanın maraq dairəsində olacaq, belə ki, bu cür senari regionda vəziyyətin stabilliyini pozacaq və yalnız münaqişənin birbaşa iştirakçılarına deyil, həmçinin Gürcüstan və Mərkəzi Asiya ölkələri üçündə mənfi nəticələr törədərək, bütün Cənubi Qafqazda qərbin iqtisadi maraqlarına zərbə vuracaq.
“Rusiyanın mümkün təcavüzkar hərəkətinin və onun Xəzərdə hərbi gücünün artırılmasının əsas səbəblərindən biri də Trans-Xəzər enerji magistralının yaradılmasına yol verməməkdir, bu Rusiyanı ucuz Türkmənistan qazından məhrum edər”,- deyə V.Quluzadə bildirib.
Politoloq Rusiyanın İranla əlaqələrinin möhkəmlənməsini təbii hal hesab edir. “Putin regionda dağılmış Varşava paktını, yeni anti-Amerika ittifaqı yaratmağa çalışır.Rusiya və İran anti- Amerika maraqlarının bir araya gətirdiyi regional əhəmiyyətli mütəffiqlərdir. Rusiya hesab edir ki, nüvə silahına malik olmaqla, neftdən gələn güclü dollar axını hesabına amerikalıları regionda sıxışdırmaq üçün yeni güclü ordu yarada bilər”,- deyə sabiq dövlət müşaviri qeyd edib.
V.Quluzadənin fikrincə, Rusiya və ABŞ arasında qarşıdurma ideoloji mübarizə çərçivəsindən çıxıb. “Rusiya B.Əsədin faşist rejiminin devrilməsinə qarşı çıxır. Moskva Tehranla birlikdə bu rejimə hər cür dəstək verir, başqa sözlə Rusiya və İran artıq ABŞ-a qarşı müharibə aparır.ABŞ isə gülümsəyir və özünü elə aparır ki, guya bunu görmür, lakin artıq müharibə gedir. Buna görə də, Rusiya filotiliyasının İrana səfəri barədə xəbər mənim üçün yeni sayılmaz. Əminəm ki, bu səfərdən sonra bu yöndə başqa addımlar da atılacaq”,- deyə politoloq qeyd edib.
Daha əvvəl Xəzər flotiliyasının komandanı, kontr- admiral Sergey Alekminskiyə istinadən xəbər verildiyi kimi, Rusiya regionda öz hərbi iştirakını möhkəmləndirmək niyyətindədir, xüsusən 2016-cı ilə qədər Xəzər filotiliyasının güclü raket –artilleriya bölməsi yaradılacaq.Bundan başqa, S.Alekminski bildirib ki, RF-nin Xəzər filotiliyasının gəmiləri gələn il İrana səfər edə bilər, gələcəkdə isə iki dövlətin hərbi dəniz qüvvələri arasında qarşılıqlı əlaqələr yaranması mümükündür.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət