Bu yaxınlarda Uruqvay parlamentinin bir qrup deputatının Azərbaycanın erməni işğalı altında olan ərazilərə səfəri Dağlıq Qarabağın separatçı rejiminin qanuniləşdirilməsinə imkan yaratmır. Azərbaycanlı politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə belə hesab edir.
“Dağlıq Qarabağa kimin səfər etməyindən asılı olmayaraq, bu BMT Təhlükəsizlik Şurasının hazırda işğal edilən ərazilər daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında qərarını dəyişdirməyəcək”, - deyə V.Quluzadə “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Onun sözlərinə görə, Uruqvay parlament üzvlərinin Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının vacibliyi barədə fikirləri deputatların işğal edilən torpaqlara səfərə görə erməni lobbisindən aldıqları vəsaiti doğrultmaq cəhdindən başqa bir şey deyil. “Ermənistan özü Qarabağı tanımırsa, bu barədə nə demək olar. Hazırki vəziyyətdə isə uruqvaylı deputatlar pula görə nə istəsən söyləyərlər. Hesab edirəm ki, bu yalnız əsəblərimizi qıcıqlandırmaq cəhdidir. Və yaxud yazıq ermənilərdə xəyallarının nə vaxtsa həyata keçəcəyi təəssüratı yaratmaq cəhdidir”, - deyə ekspert bildirib.
Sabiq dövlət müşaviri əmindir ki, uruqvaylı deputatların Dağlıq Qarabağa səfəri problemini həll etmək üçün Azərbaycan tərəfinin bu Cənubi Amerika ölkəsinə təqdim etməyə hazırlaşdıı nota kifayətdir. “Uruqvaya nota təqdim etmək kifayətdir. Onlara aldandıqlarını izah etmək lazımdır. Beləliklə, bir daha bu cür ağılsız hərəkətlərə yol verməsinlər, çünki bu mənasızdır”, - deyə o bildirib.
V.Quluzadə əminliklə vurğulayıb ki, “millətçilərdən fərqli olaraq normal ermənilər bilir ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkibində olub və hər zaman olacaq. Onların ümid etdiyi yalnız muxtariyyət ola bilər”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət