Dövlət Neft Fondu Moskva şəhərinin mərkəzində elit daşınmaz əmlak alınması barədə danışıqlar aparır. Bu barədə Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında məlumat verib.
“Sevindirici haldır ki, Dövlət Neft Fondu Moskva şəhərində VİP daşınmaz əmlak almağı qərara alıb. Bu istiqamətdə hələlik iş aparıldığına görə təfərrüatlar barədə məlumat verə bilmərəm. Danışıqlar son mərhələdədir. Qeyd edə bilərəm ki, söhbət yalnız Sadoviy dairəsi deyil, həm də Bulvar dairəsi boyunca yerləşən daşınmaz əmlakdan gedir”, - deyə Y.Şedrin bildirib.
Eyni zamanda o əlavə edib ki, söhbət “biznes fəaliyyəti həyata keçirmək üçün ciddi obyektlərdən” gedir.
Rusiya Federasiyasının ticarət nümayəndəsi həmçinin qeyd edib ki, Neft Fondunun vəsaiti rus rubluna yerləşdirmək qərarı “Rusiya maliyyə sektoruna etibar etməkdən xəbər verir”.
“İlkin mərhələdə Fond “Qazprombank”a 3 mlrd. rubl (təxminən $100 mln.) dəyərində qısamüddətli depozit yerləşdirərək bu valyutada ilkin investisiyalarına başlayıb. ARDNF aktivlərini rubla yerləşdirilmək üçün “Sberbank”, “Bank VTB”, “Vneşekonombank”, “Rosselxozbank” ilə danışıqlar aparır. İlin sonuna kimi çatdırmasa da, ARDNF yaxın perspektivdə rus rubluna təxminən $500 mln. investisiya yatıracaq”, - deyə Y.Şedrin qeyd edib.
Bundan başqa, ARDNF Rusiya Federal Antiinhisar Xidmətinə “Tverskaya, 16” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmlərinin 100%-nin alınması ilə bağlı müraciət edib. Şirkətin nizamnamə kapitalı 159,8 mln. rubldur, onun yeganə mülkiyyəti isə Moskvada, Tverskaya 16 ünvanında yerləşən “Aktyor Qalereyası” ticarət-biznes mərkəzidir. “Aktyor Qalereyası”nın bazar qiymətini $100–105 mln. məbləğində qiymətləndirilir.
1999-cu ilin dekabr ayında yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət