İsrail və Fələstinin Qəzza zolağında münaqişəyə dair fikir ayrılığı ABŞ-Türkiyə münasibətlərinə təsir etməyəcək. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.
“Türkiyə - müttəfiqimiz və yaxın tərəfdaşımızdır. Hər zaman hesab edirik ki, o regionda konstruktiv rol oynaya bilər və oynayır. Biz yalnız bildiririk ki, bu ölkənin bəzi rəhbərlərinin etdiyi bəyanatlar kömək etmir (Qəzza zolağında vəziyyətin normallaşmasına – İF-Az)”, - deyə diplomat çərşənbə günü brifinqdə bildirib.
Bununla o Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın çərşənbə axşamı Qəzza zolağında vəziyyətə dair fikirlərini şərh edib.
Baş nazir xüsusilə vurğulayıb ki, “İsrail (Qəzza zolağında - İF) regionda sülhə əhəmiyyət verməyərək və beynəlxalq qanunları pozaraq etnik təmizləmə həyata keçirir”.
R.T.Ərdoğan əlavə edib ki, “bu (İsrailin hərəkətləri - İF) – hər addımda Fələstin ərazisinin işğalıdır”, həmin hərəkətlər özünümüdafiə kimi qiymətləndirilə bilməz.
“Gec və ya tez İsrail günahsız insanların tökülən qanına görə cavab verəcək”, - deyə Türkiyə hökumətinin başçısı bildirib.
ABŞ prezidenti son günlərdə bir neçə dəfə təkrar edib ki, Birləşmiş Ştatlar münaqişəyə görə məsuliyyəti HƏMAS-ın üzərinə qoyaraq israillilərin özünümüdafiə hüququnu tanıyır.
Hətta, M.Toner jurnalistlərin suallarını cavablandırarkən məlumat verib ki, Suriya tərəfindən təhdidləri nəzərə alaraq Türkiyə ərazisində “Patriot” raket kompleksləri yerləşdirmək barədə bu ölkənin NATO-ya sorğusunu dəstəkləmək niyyətindədirlər.
“Müttəfiqimiz olan Türkiyəni müdafiə etmək üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət