Keçən həftə Bakıda Azərbaycan - BƏƏ biznes forumu keçirilib.Forumda rəsmi şəxslər, diplomatik korpus nümayəndələri, hər iki ölkənin iş adamları işrtirak ediblər. Biznes forumun nəticələrinə əsasən, Dubay Ticarət Palatasının (Dubai Chamber) yeganə xarci nümayəndəliyi Azərbaycanda fəaliyyətə başalyıb. İlk xarici nümayəndəlik açılarkən nə üçün məhz Bakı seçildi? Palatanın baş direktoru Hamad Buamim “İnterfaks Azərbaycan” agentliyinə verdiyi müsahibədə bu barədə danışıb.
-Bildiyimiz kimi, Dubay Ticarət Palatasının yeganə nümayəndəliyi keçən həftə Bakıda açıldı. Azərbaycanda sizi nə cəlb etdi?
- Biz bütün dünya bazarlarını proqnozlaşdırdıq, və bizim üçün daha maraqlı olan regionları müəyyənləşdirməyə çalışdıq.Məlum oldu ki, MDB perspektivli regionlardan biridir, MDB-yə üzv dövlətlər arasında Azərbaycan isə daha böyük potensiala malikdir.Və bu əməkdaşlıq bizim üzvlərimizin diqqətini çəkməyə kömək edəcək. Bu qərar qəbul edilərkən Azərbaycan Hökumətinin siyasi dəstəyini aldıq, buna görə də ofisi belə asanlıqla aça bildik.Baxmayaraq ki, biz ofis açmaq üçün Hindistan, Çin, Afrika kimi ölkələrdə yer müəyyənləşdirmişdik, Azərbaycanda ofisin açılışı daha sürətli və asan başa gəldi. Bizim Bakı nümayəndəliyimiz Azərbaycana Fars körfəzi ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək.
- Hər iki tərəf ticari-iqtisadi əlaqələri hansı səviyyəyə çatdırmaq niyyətindədir?
- Qarşılıqlı əlaqələri müxtəlif aspektlərlə ölçmək olar: Birincisi bu bizim iş adamlarımızın yarada və inkişaf etdirə biləcəyi mümkün tərəfdaşlığın, ticarət və investisiya münasibətlərinin həcmi ilə ölçülə bilər. Ölkələrimiz arasında mal dövriyyəsi 2011-ci ildə 50% , 2012-ci ilin 9 ayı ərzində isə 24% artıb. Biz ümid edirik ki, bizim birgə səylərimiz mal dövriyyəsinin daha da artmasına gətirib çıxaracaq. Dubaydakı layihələrə qoyulan Azərbaycan investisiyalarının həcmi bizi sevindirir. Biz Azpromo ilə əməkdaşlığa və “Baku White City” kimi layihələrdə iştiraka ümid edirik. Əminəm ki, investisiyalar Dubaydan Azərbaycana doğru hərəkət edəcək. Həmçinin, ümid edirik ki, əməkdaşlığımız region üçün faydalı olacaq, yəni bizim iş adamlarımız MDB-nin digər ölkələrində də birgə layihələr həyata keçirə biləcəklər.
- Siz “Baku White City” layihəsinə investisiya qoymaq mövzusuna toxundunuz, ancaq Azərbaycanda həmçinin “Khazar Islands” layihəsi də həyata keçirilir.O sizin investorların diqqətini cəlb edibmi?
- Bizim nümayəndə heyətimiz Bakıda məhsuldar görüşlər keçirib, həmçinin daşınmaz əmlak sahəsində bir sıra layihələrlə tanış olmuşuq. Biz layihələrə kömək edəcək və dəstəkləyəcəyik, və bu layihələrin rəhbərlərini bizim sərgilərdə iştirak etməyə çağırırıq.
- Bakıda bir sıra rəsmi görüşləriniz olub. Yəqin ki, ölkələrarası əməkdaşlığın prioritet istiqamətləri artıq müəyyən edilib?
- Biz bir neçə sahədə əməkdalıq məsələlərini müzakirə etdik. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi bizi daha çox maraqlandırır.Yeri gəlmişkən, bizim bu sahədəki təcrübəmiz Azərbaycan üçün faydalı ola bilər. Bundan başqa, biz Azərbaycanda turizm sahəsinin infrastrukturunun, xüsusən otel şəbəkələrinin genişləndirilməsində iştirak edə bilərik
Biz ticarət, energetika, ASK, İKT sahələrinə, eləcə də qida və bank sektoruna da böyük maraq göstəririk.Tikinti və infrastruktur layihələrinin də bizim əməkdaşlığımızda böyük potensialı ola bilər. Azərbaycanın işgüzar dairələrinin danışıqlar aparmaq, razılığa gəlmək və problemləri həll etmək bacarığı bütün dünyada bizneslə məşğul olan insanlar olaraq bizi də cəlb edir.
- Bakı xoşunuza gəldimi?
- Bu dörd ay ərzində mənim Bakıya ikinci səfərimdir. Sadəcə bunu deyə bilərəm - çox gözəl şəhərdir. İnanıram ki, nümayəndə heyətinin üzvləri də bu fikirdədirlər.Əminliklə deyə bilərəm ki, bundan sonra bura yalnız biznes üçün deyil, həm də turist olaraq gələcəyik.Biz sizin xalqı , mətbəxinizi, Bakının infrastrukturunu çox sevirik. Mən mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə danışmışam və onu əmin etdim ki, Bakını bütün dünyadan turist axınının cəlb edilməsinə hazırlayacağıq. Biz həmçinin, səfərimizə diqqət ayırdığı üçün Prezident İlham Əliyevə də minnətdarıq. Biz ona vəd etdiyimiz kimi, münasibətlərin bütün sahələrdə inkişaf etməsi üçün praktik addımlar atacağıq.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət