“Strabag” şirkəti Azərbaycanda avtomobil yolunun 40 kilometrlik hissəsinin tikintisi üçün İxtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün keçirilən tenderdə iştirak edir. “Strabag” şirkətinin Tender departamentinin rəhbəri Marek Kosson Varşavada azərbaycanlı jurnalistlər qrupuna belə bildirib.
“Biz uzunluğu 40 km olan Şamaxı-Muğanlı yolunun tikintisi üçün elan edilmiş tenderdə iştirak etmək üçün ərizə vermişik. Hesab edirik ki, ilin sonuna qədər İxtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi prosesi başa çatdırılacaq”,- deyə “İnterfakls- Azərbaycan” agentliyinin müxbiri Varşavadan M.Kossona istinadən bildirib.
M.Kossonun sözlərinə görə,şirkət avtomobil yollarının tikintisində böyük təcrübəyə malikdir və onun son işlərindən biri “Avro-2012” futbol üzrə Avropa Çempionatından öncə Varşava- Berlin magistral yolunun tikintisi olub. “Təəsüf ki, biz Azərbaycanda böyük layihələr həyata keçirməmişik. “Marriott Apsheron” mehmanxanasının yenidənqurma işində iştirak “Strabag” şirkətinin Bakıda son işi olub”,- deyə M.Kosson bildirib.
O bildirib ki, 8 zolaqlı Varşava –Berlin avtomagistralının 1 kilometrinə çəkilən xərclər səsboğucu panellər də nəzərə alınmaqla 7,5 mln. avro təşkil edib. “Düzənlik yerlərdə birinci dərəcəli avtomagistral yolun tikintisi 1 km. üçün təxminən 5 mln. avroya, II dərəcəli yol üçün 2,5-3 mln. avroya başa gəlir.Beton yolun tikintisi 20-30% ucuz başa gəlir”.- deyə M.Kosson qeyd edib.
Sonra jurnalistlər “Strabag” şirkətinin Varşava yaxınlığındakı Pruşkov şəhərindəki asfalt sement zavodu ilə tanış olublar.Zavodun iki qurğusunda saatda 320 ton asfalt istehsal olunur.
Pruşkovda həmçinin, şirkətin Polşadakı mərkəzi laboratoriyası yerləşir.Burda istehsal olunan asfalt test sınaqlarından keçirilir və nəzarət orqanları üçün sınaqlar aparılır.
“Əgər Azərbaycanda yol tikintisi müqaviləsini alsaq, həmçinin laboratoriya yaradılması imkanı da nəzərdən keçiriləcək.Bizim Fransa, Almaniya, İsveçrədən gətirilmiş yüksək texnoloji avadanlıqlarımız var”,- deyə laboratoriya rəhbəri İqor Ruttmar bildirib.
Xəbər verildiyi kimi,Şamaxı -Muğanlı avtomobil yolu uzunluğu 120 km. olan Bakı –Şamaxı- Muğanlı yolunun bir hissəsidir.Layihənin maliyyələşdirilməsi “Azərbaycanın magistral yolları” kredit layihəsi çərçivəsində Dünya Bankı tərfindən həyata keçirilir.
$200 mln. həcmində kredit Beynəlxalq Yenidənqurma Bankının (DB-nin üzvü) şərtləri ilə 8 ili güzəştli olmaqla illik Libor+0,25% dərəcə ilə 20 il müddətinə verilib.
Bakı- Muğanlı avtomobil yolunun yenidən qurulma layihəsinin dəyəri $84 mln. təşkil edir. Bundan $67,2 mln. DB-nin $16,8 mln. Azərbaycan Hökumətinin payına düşür.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət