Azərbaycanda İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətlər 2012-ci ilin yanvar- oktyabr aylarında icbari sığorta növləri üzrə 71 mln. 842 min 10,79 manat məbləğində sığorta haqqı əldə ediblər. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, “İcbari sığorta növləri haqqında” qanun ümumilikdə, sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası.
Xidmətin məlumatına əsasən, 2012-ci ilin yanvar-oktyabrr aylarında büro üzvlərini avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 62 mln. 500 min 804,75 manat, fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 8 mln.976 min751,61 manat, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 242 min 161,37 manat, sərnişinlərin icbari sığortası üzrə 122 min 293,06 manat sığorta haqqı əldə ediblər.
Bütövlükdə, 2012-ci ilin 10 ayı ərzində sığortaçılar tərəfindən toplanmış sığorta haqlarının 25,5 %-i bu 4 sığorta növünün payına düşür.
Cari ilin yanvar-oktyabr aylarında Büro üzvləri qanun çərçivəsində 4 mln. 854 min 858,87 manat məbləğində ödənişlər edib. Bunlardan 4 mln. 240 min 598,91 manat - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 614 min 259,96 manat - fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə həyata keçirilib.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
İcbari Sığorta Bürosu “İcbari sığorta haqqında” qnun çərçivəsində yuaradılıb, hazırda 12 sığorta şirkəti bronun üzvüdür.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşacaq. Birincisi, bu büronun işə başlaması üçün sığortaçıların ödəyəcəkləri daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə ümumi tədiyə məbləğinin 5%-ni büronun hesabına köçürəcəklər.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət