Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması çərçivəsində dekabrın 7-nə qədər Cenevrədə ikitərəfli və çoxtərəfli danışıqlar aparacaq. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.
Səfərin gedişində işçi qrupunun ÜTT Katibliyi ilə 10-cu iclası keçiriləcək.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ, Avropa İttifaqı, Kanada və Norveçlə mallar və xidmətlər üzrə ikitərəfli, Azərbaycanın kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqlar aparacaq.
"Danışıqlarda mallar və xidmətlərin tarifləri, kənd təsərrüfatı sektoruna daxili dəstəyin həcmi, ticarət rejiminə dair Azərbaycanın yenilənmiş təklifləri müzakirə olunacaq", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Azərbaycan 9-cu iclasdan sonra ABŞ, Aİ, Tayvan və Səudiyyə Ərəbistanı tərəfindən verilmiş suallara cavabları artıq ÜTT Katibliyinə təqdim edib", - deyə hökumət nümayəndəsi bildirib. Azərbaycan tərəfi ABŞ, Aİ, Cənubi Koreya, Kanada, Braziliya və Norveçin tövsiyələri əsasında mal və xidmətlərin tariflərinə dair yenilənmiş təklifləri, eləcə də kənd təsərrüfatı üzrə yenilənmiş ACC/4 cədvəlini ÜTT Katibliyinə təqdim edib.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq haqqında ərizə verib.
Ölkə 2007-ci ildə Türkiyə, 2008-ci ilin mayında Oman və BƏƏ, 2010-cu ilin mayında Gürcüstan, 2012-ci ildə Qırğızıstanla danışıqların başa çatması haqqında ikitərəfli protokol imzalayıb. Həmçinin Moldova ilə də analoji protokolun imzalanması planlaşdırılır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət