Azərbaycan Hökuməti “Təminatli əqdrlər haqqında” qanun layihəsini hazırlamalıdır.Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeyn çərşənbə axşamı Bakıda “Təminatlı əqdlər üzrə hüquqi islahatlar:atılacaq addımlar” mövzusunda seminarda belə bildirib.
“İlkin mərhələdə təminatlı əqdlər üzrə islahatlar keçirmək lazımdır. Bu islahatlar müvafiq qanun layihəsinin hazırlanmasına kömək edəcək. Azərbaycan Hökuməti qanun layihəsi təşəbbüsünü irəli sürməlidir.Bundan başqa, qanun layihəsinin hazırlanmasında QHT, donor təşkilatlar da iştirak edərək öz tövsiyələrini verə bilərlər”,- deyə N.Makkeyn qeyd edib.
Onun sözlərinə görə, analoji qanun layihəsi bir sıra ölkələrdə tətbiq olunur, lakin praktikadan məlum olduğu kimi, qanun layihəsi üç dövlətdə gözlənilən effekti vermədi.
O söyləyib ki, bank sektoru iştirakçıları qanun layihəsi, onun üstünlükləri barədə məlumatlandırılmalıdırlar. “Onlara müştərilərin vəsaitlərinin girov qismində istifadə edilməsi barədə ətraflı məlumat verilməlidir”,- deyə o əlavə edib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) baş hüquqşünası Leyla Məmmədova qeyd edib ki, qanun layihəsinin mahiyyəıti kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərməkdən ibarətdir. O təminatlı əqdlər reyestrinin yaradılmasını vacib hesab etdiyini söyləyib
“ Deyək ki, mən kompüter və avadanlıq satışı ilə məşğul olan mağaza sahibiyəm. Təminatlı əqdlər sistemi sayəsində mən kredit və avadanlıqları girov qoyaraq müəyyən məbləğdə kredit götürə bilərəm.Kredit təşkilatı sözügedən reyestr tərəfindən girov qoyulan əmlakın miqdarını yoxladıqdan sonra mənə kredit verəcək”,- deyə o izah edib.
L.Məmmədova qanun layihəsinin hazırlanmasının beş- AYİB, ABŞ (2 model) Kanada və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) modelini nümunə göstərib.”Azərbaycan üçün IFC variantı ən optimal variant sayılır.Belə ki bu variant analoji qanunvericiliyin olmadığı ölkələr üçün nəzərdə tutulub”.- deyə o bildirib.
Leyla Məmmədovanın sözlərinə görə, AYİB-in əməkdaşlıq etdiyi 26 ölkədə bu istiqamətdə irəliləyiş müşahidə olunur. “Postsovet məkanında Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan belə ölkələrdəndir.Ümid edirik ki,Azərbaycan da bu siyahıya daxil olacaq”,- deyə o əlavə edib.
Seminarın təşkilatçısı IFC, USAID, İsveçrənin iqtisadi əlaqələr üzrə dövlət katibliyidir (SEÇO).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət