Azərbaycan və İtaliyanın iş adamları biznes əlaqələrin genişlənməsində maraqlıdırlar.
Cümə axşamı Bakıda Azərbaycan- İtaliya biznes- forumu keçirilib.Tədbir çərçivəsində üç sənəd imzalanıb.
Xüsusilə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov və İtaliya- Azərbaycan Ticarət İnstitutunun Manuela Traldi əməkdaşlıq barədə memorandum imzalayıblar.
Anoloji sənəd Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidenti Məmməd Musayev və Manuela Traldi arasında da imzalanıb.
Bundan başqa, Azərbaycanın ASPI Holdinq və İtaliyanın Usque ad Finem şirkəti arasında da əməkdaşlıq barədə memorandum imzalanıb
Azpromo prezidenti R.Məmmədov forumda çıxış edərək qeyd edib ki, Azərbaycan və İtaliya arasında mal dövriyyəsi 2012-ci ilin 10 ayı ərzində $4,5 mlrd. təşkil etdiyini söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda İitaliya kapitalı ilə 28 şirkət faəliyyət göstərir.onlardan 7-si ümumi dəyəri $800 mln. təşkil edən layihələrin həyata keçirilməsində iştirak edir. “Son illər ərzində İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatına $44 mln. –dan çox investisiya qoyublar”,- deyə o qeyd edib.
Azpromo rəhbəri xatırladıb ki, iki ölkə arasında 16 saziş imzalanıb. “Bu sənədlər sayəsində iki ölkə sahibkarlarının əməkdaşlığı üçün əlverişli mühit yaradılıb”,- deyə o əlavə edib.
R.Məmmədov qeyd edib ki, İtaliya Azəraycanın vacib ticarət tərəfdaşıdır. “İqtisadi əməkdaşlığı aktivləşdirmək üzərində müntəzəm olaraq çalışmaq lazımdır.Belə görüşlərin, biznes forumların keçirilməsi ticari-iqtisadi münasibətlərin inkişafına kömək edir”.- deyə o qeyd edib.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkələr arasındakı siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Diplomatın sözlərinə görə, keçən ilin yekunlarına əsasən, ölkələr arasında ticarət dövriyyəsi $9,6 mlrd. təşkil edib. “Bu göstərici İtaliyanın Avropa İttifaqının 11 ölkəsi ilə ümumi mal dövriyyəsini üstələyir”,- deyə səfir əlavə edib.
İtaliyanın Azərbaycandakı səfiri Mario Beldi bildirib ki, İtaliya Azərbaycan mallarının idxalçılarının ilk dördlüyünə daxil olmağı planlaşdırır. “Hazırda biz doqquzuncu yeri tuturuq.Bu bizi qane etmir.Yeri gəlmişkən,İtaliya Azərbaycan neftinin alışı üzrə birinci yeri tutur”,- deyən M.Baldi əlavə edib ki, Azərbaycandan İtaliyaya ixrac edilən məhsulun 95%-ni neft və neft məhsulları təşkil edir.
Diplomat qeyd edib ki, “İtaliyanın Azərbaycana kömək edə bilməyəcəyi sahə yoxdur”.Bununla yanaşı o deyib ki, Azərbaycan xalqı İtaliya məhsullarına maraq göstərir.
“Mənim azərbaycanlı həmkarım(V.Sadıqov-İF-Az) çox yaxşı insandır.Siz onunla fəxr etməlisiniz.O iki ölkə, eləcə də iş adamları arasında münasibətlərin inkişafı üçün əlindən gələni əsirgəmir.O mənim onu tərfiləyəcəyimi bilmirdi, bu anidən baş verdi”.- deyə diplomat zarafatla əlavə edib.
Manuela Traldi qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat iki ölkənin iş adamlaraı arasında əlaqələr yaratmaq üçün səylərini əsirgəmir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət