ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) və “bp” şirkəti “Gənclərin Biznes Liderliyi” layihəsinin həyata keçiriməsi barədə razılığa gəliblər.
Cümə axşamı Bakılda layihənin həyata keçirilməsi barədə qarşılıqlı anlaşma memorandumu imzalanıb.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalama mərasimindən məlumat verib.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar bildirib ki, qadınların iştirakı bu layihənin vacib məqamlarından biridir.
“Layihə 120 tələbəni əhatə edəcək və iştirakçıların 60%-i qadınlar olacaq.Bu layihə tələbələrə biznes bacarıqlarımnı təkmilləşdirmək və peşəkarlarla əlaqələr qurmaq imkanı verəcək”- deyə diplomat qeyd edib.
“Junior Achievement Azerbaijan” təşkilatının direktoru Rəşad Xanlarov qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat bu layihənin icraçısı seçilib.
Onun sözlərinə görə, layihənin ümumi büdcəsi $200 min təşkil edir ki, bunun $100 min BP və onun Azərbnaycandakı tərəfdaşları, qalan $100 min isə USAID tərəfindən ödəniləcək.
“bp-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı söyləyib ki, BP şirkəti 20 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərir.Bu vaxt ərzində şirkət ayrılıqda və tərəfdaşları ilə birgə gənclərin sabit inkişafı üçün imkanların yaradılması məqsədi ilə bir çox layihələr həyata keçirib
O əlavə edib ki, bu günə qədər bp-nin Azərbaycanda neft- qaz layihələri üzrə (“Azəri-Çıraq –Günəşli” və “Şahdəniz”, Bakı -Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri) invcestisiyaları $40 mlrd. təçkil edib.AÇG layihəsi çərçivəsində 2,1 mlrd. barrel neft istehsal edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət