Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda biznes mühitinin yaxşılaşmasında tərəqqini qeyd edib.Bankın baş iqtisadçısı Aleks Pivovarski cümə axşamı Bakıda AYİB tərəfindən hazırlanmış “Transition Report 2012” hesabatının təqdimatında belə söyləyib.
“AYİB Dünya Bankı ilə birgə 3-4 ildə bir dəfə biznes mühitə həsr edilmiş sorğu keçirir.Bundan əvvəlki sorğu Azərbaycanda sahibkarların maliyyə vasitələrindən istifadə imkanlarında problemlərin olduğunu, vergi, gömrük rüsumları, korrupsiya problemlərinin mövcudluğunu əks etdirmişdi.Son sorğu, son üç ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş olduğunu göstərdi”,- deyə A.Pivovarski hesabatın təqdimatında bildirib.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Onun sözlərinə görə, son illər aparılan islahatlar nəticəsində Azərbaycan Hökuməti iqtisadiyyatı möhkəmləndirə bilib, qeyri- neft sektorunun daha yüksək artım tempinə nail olub.
Bundan başqa, hökumət korrupsiya ilə mübarizədə vəziyyəti yaxşılaçdıra bilib. Azərbaycan Beynəlxalq Bankının (ABB) təkrar kapitallaşmasını həyata keçirib, neft və qazın ixrac marşrutlarının diversifikasiyası üzrə fəal iş aparır.
Bununla yanaşı, o qeyd edib ki, Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində müəyyən problemlər qalmaqdadır. Xüsusən, maliyyə sektorunda institutsional inkişaf, kapital bazarının inkişafı, bələdiyyə infrastrukturunun formalaşdırılması, telekommunikasiya xidmətlərinin inkişafı ilə bağlı problemlər qalmaqdadır.
A. Pivovarski əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın kreditləşməsinin həcmində artım müşahidə olunub.
“Transition Report 2012”-yə əsasən, Azərbaycanda ASK-nın inkişaf göstəricisi 2+(minimal1, maksimal-4), sənaye inkşafı -2, daşınmaz əmlak sektoru -2, telekommunikasiya -2.təbii ehtiyatlar-2+, energetikanın sabitliyi– 2+, elekrik enerjisi ötürücüləri sistemi – 2+, su təchizatı 2-, ictimai nəqliyyat-2, yollar – 2+, dəmir yolları – 2+, bank sektorunun inkişafı -2, sığorta və maliyyə sektorunun digər sahələri-2, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi -2, kapital bazarlarının göstəricisi -2 təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət