Milli Məclisin deputatı Çingiz Qənizadə Astanada (Qazaxıstan) TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının ikinci iclasında iştirak edədək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Tədbir gələn həftə keçiriləcək. İclasın gedişində “Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında Türk şurası, TürkPA və Türksoyun yeri və rolu” mövzusunda hesabat məruzəsi dinləniləcək, türk dünyasının qlobal siyasi arenada yeri haqqında fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 10-dan 13-dək davam edəcək.
Bundan başqa, dekabrın 10-da Haaqada “Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun təhlükəsizliyi” mövzusunda konfrans keçiriləcək. Konfransın işində Milli Məclisin deputatları Qənirə Paşayeva və Adil Əliyevin iştirakı gözlənilir.
Beynəlxalq İnsan Haqları gününə təsadüf edən tədbirin məqsədi Ermənistanın işğalı nəticəsində azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi və mədəni abidələrin dağıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumatlandırılmasıdır.
Konfransda Dağlıq Qarabağın azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının rəhbəri Orxan Əkbərovun məruzə ilə çıxış edəcəyi gözlənilir.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev Rumıniyada keçiriləcək parlament seçkilərini izləmək üçün dekabrın 7-də Buxarest şəhərinə səfər edəcəklər. Millət vəkilləri ATƏT Parlament Assambleyasının müşahidə missiyasının tərkibində seçkilərə qatılacaqlar. Rumıniya parlamentinin hər iki palatasına (Deputatlar Palatası və Senat) seçkilər dekabrın 9-da keçiriləcək.
Dekabrın 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İstanbulda ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edəcək. Səfər dekabrın 13-də başa çatacaq.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət