Bakıdakı İran səfirliyi yaxın vaxtlarda Azərbaycan XİN-ə Dünya Azərbaycanlıları Konqresinin(DAK) rəhbərlərindən biri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının İran ərazisində “Cənubi Azərbaycan” yaradılması fikrini dəstəkləyən bəyanatı ilə əlaqədar nota verməyə hazırlaşır.
“Biz bu məsələ ilə bağlı Azərbaycan XİN-ə nota ilə müraciət etmək niyyətindəyik”,-İran səfiri Möhsin Pak Ayin “İnterfraks -Azərbaycan” agentliyinə bildirib.
Səfirin dediyinə görə, DAK mövcud sərhədlərin dəyişdirilməsi fikrinə dəstək verməklə İranın ərazi bütövlüyünə hörmətsizcəsinə yanaşılır.
“Onlar Şimali Azərbaycan”, “Cənubi Azərbaycan” terminlərini işlətməklə öz xəyallarını dilə gətirirlər.Onlar bununla Azərbaycan-İran münasibətlərinə zərər verməyə çalışırlar. Təbii ki, bizim ərazi bütövlüyümüzə qarşı yönəlmiş heç bir ifadə və hörmətsizlik cavabsız qalmayacaq”,- deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, İranda yalnız bir xalq yaşayır müxtəlif- kürd, azəri, talış, ərəb, fars və s. millətlərin birləşməsindən ibarət vahid İran xalqı.
“Əgər bu gün kimsə İrana hücum etmək istəsə ölkənin bütün millətləri düşmənə qarşı birləşərək layaqətlə müqavimət göstərər”,- deyən səfir xatırladıb ki ,30 il əvvəl İraq İrana hücum edərkən məhz bu cür olmuşdu.
Möhsin Pak Ayin bildirib ki, İran tərəfi tarixi birgə araşdırmaq üçün alimləri təqdim etməyə hazırdır..
“Ədaltli və obyektiv alimlər tarixi öyrənərkən anlayacaqlar ki, İran Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəkləyib.Lakin DAK kim təşkilatlar ictimaiyyət arasında İranın simasında düşmən obrazı yaratmağa çaılışaraq bununla əsl düşmənin kimliyini xalqa unutdurmağa çalışırlar.Hesab edirəm ki, tarixin öytrənilməsi iki dövlətin xalqlarını daha da yaxınlaşdıra bilər.DAK-ın təqdim etdiyi tarix xalqlarımızı bir- birindən uzaqlaşdırır”,- deyə o qeyd edib.
Səfir əlavə edib ki, Azərbuycan və İranın rəhbərliyi bir birlərinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinə hörmətlə yanaşırlar.
“Biz əminik ki, Azərbaycan dövlətinin və xalqının mövqeyi DAK-ın nümayiş etdirdiyi mövqeylə üst- üstə düşmür.Həqiqət budur ki, biz (Azərbaycan və İran-İF-Az) iki müxtəlif ərazidə yaşayan bir xalqıq”,- deyə Möhsin Pak Ayin vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət