Rusiyanın Suriyadakı səfirliyi bu ölkədə iki rusiyalının oğurlanması faktını təsdiq edib. Bu barədə diplomatik nümayəndəliyin mətbuat attaşesi Sergey Markov məlumat verib.
"Suriyada Tartus-Homs yolunda üç vətəndaş - iki rusiyalı və bir italiyalı oğurlanıb. Oğurlanan şəxslər Suriya firmasının əməkdaşlarıdır", - deyə S.Markov çərşənbə axşamı Birinci kanalın efirində telefonla bildirib.
"Rusiya vətəndaşlarından biri ölkəyə gəldikdən sonra konsulluq qeydiyyatına durmayıb, ikinci vətəndaş isə ikili - Suriya və Rusiya vətəndaşlığına malikdir", - deyə o əlavə edib.
Mətbuat attaşesi vurğulayıb ki, Rusiya səfirliyi yerli hakimiyyətlə sıx əməkdaşlıq edərək oğurlanan şəxslərin axtarışı ilə fəal şəkildə məşğul olur.
Daha əvvəl İtaliya KİV-i xəbər verib ki, oğurlananlar Suriyanın Latakiya şəhərində fəaliyyət göstərən poladtökmə zavodunun əməkdaşlarıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət