Varşavanın Azərbaycandan birbaşa təbii qaz almaq imkanı yoxdur, lakin interkonnektor sistemi vasitəsilə buna nail olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Polşanın Azərbaycandakı səfiri Mixail Labenda bəyan edib.
“TANAP qaz kəmərinin tikintisində istənilən ölkə iştirak edə bilər. Fərqi yoxdur, həmin ölkə digər qaz mənbələrindən asılıdır ya yox. Biz Azərbaycan qazında maraqlıyıq. Lakin, bu qaz kəmərinin tikintisində bilavasitə iştirakda maraqlı deyilik. Digər tərəfdən, biz Avropanın enerji təhlükəsizliyini təmin edən layihələri dəstəkləyirik”, - deyə M.Labenda vurğulayıb.
M.Labenda qeyd edib ki, əgər Avropa Trans Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline TAP) layihəsini seçərsə, o zaman Polşa birbaşa Azərbaycan qazını əldə etməyəcək. Lakin, bu proqramı dəstəkləyəcək, çünki o Avropa üçün qaz mənbələrini diversifikasiya edir. O həmçinin bildirib ki, hazırda Varşava Azərbaycan qazının alınmasında maraqlı deyil.
“Polşa hazırda birbaşa Azərbaycan qazının alınmasında maraqlı deyil, çünki biz böyük maye qaz terminalı tikirik. Terminal bizim bütün tələbatlarımızı ödəyəcək, o cümlədən, Rusiyadan asılılığımızın azalmasına imkan yaradacaq. İndi Polşa neft və qaz çatışmazlığı hiss etmir. Çünki iqtisadiyyatımız daş kömürə əsaslanır, o isə tələbatlarımızın 70%-ni təmin edir”, - deyə diplomat vurğulayıb ki, ölkəsi təxminən 100% Rusiyanın neft və qazından asılıdır.
Diplomatın sözlərinə görə, ölkəsi Azərbaycanın təbii qazında maraqlıdır, lakin həmin qaz Polşaya çatdırılmasa belə Varşava üçün bu böyük zərbə olmayacaq.
“Qaz tədarükü yolunun diversifikasiyası üçün biz Azərbaycan qazının Polşaya çatdırılmasını istərdik. Biz boru kəmərləri şəbəkəsinə malikik, onlar bütün istiqamətlərdən qaz əldə etmək imkanını təmin edirlər”, - deyə o bəyan edib.
Bundan başqa, diplomat Avropada şist qaz yataqlarının işlənməsi məsələsinə toxunub. Onun sözlərinə görə, Polşa ərazisində bu qaz növünün ehtiyyatlarını dəqiqləşdirməyə dair işlər aparılır.
“Qazma işləri aparılmayana qədər biz orada şist qazın olduğunu iddia edə bilmərik. Rəylər müxtəlifdir. Bəziləri deyir ki, orada ümumiyyətlə qaz yoxdur, digərləri bildirirlər ki, orada olan qaz ehtiyyatları Polşanı 100 il ərzində təmin edə bilər. Bu səbəbdən kəşfiyyat işləri aparılmayana qədər nə isə demək çətindir”, - deyə M.Labenda qeyd edib.
Eyni zamanda diplomat bəyan edib ki, Polşada alternativ enerji sahəsi sürətlə inkişaf edir. Buna görə on ildən sonra nəyin baş verəcəyini demək çətindir. “Biz gələcək haqqında düşünən ölkəyik. Enerji resurslarının tədarükünün bütün yollarını təmin etməyə çalışırıq”.
Odessa-Brodı neft kəmərinin tikilib qurtarılmasına gəlincə M.Labenda qeyd edib ki, vəziyyət “Sarmatiya” müəssisəsi ilə birgə həll edilir.
“Biz Azərbaycandan neft əldə etməkdə maraqlıyıq. Bir neçə siyasi məqam mövcuddur. Hər şey Ukraynada yeni hökumət formalaşandan sonra həll olunacaq. Polşa bu layihədə maraqlıdır və danışıqlar aparılır”, - deyə M.Labenda vurğulayıb.
Əliyev və Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər
Əliyev Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əmindir
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-nə qədər uzadılıb
Ərdoğan Ermənistanın Cənubi Qafqazda sülh naminə səmimi addımlar atmasını gözləyir
Peskov: Qarabağda Rusiya sülhməramlılarının gələcəyi ilə bağlı məsələ hələlik həll olunmayıb
Peskov: RF, Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı hələlik dəqiq ehtimal yoxdur
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr