Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunması bu il Azərbaycanın GUAM-da sədrliyinin yaxşı akkordu olub. GUAM-ın baş katibi Valeri Çeçelaşvili belə hesab edir.
“Biz bir çox mühüm tədbirlər keçirmişik. Onlardan sonuncusu Dublində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclası olub. Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunması bu il Azərbaycanın GUAM-da sədrliyinin yaxşı akkordu olub. Bu da təşkilatın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu və mövqeyini möhkəmləndirir”, - deyə o GUAM Parlament Assambleyasının 5-ci iclası çərçivəsində Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə bəyan edib.
“Bu səbəbdən sədrliyi birmənali şəkildə çox uğurlu kimi qiymətləndirmək olar”, - deyə o əlavə edib.
V.Çeçelaşvilinin sözlərinə görə, çərşənbə günü Bakıda keçiriləcək GUAM Parlament Assambleyasının iclasında gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək. O məlumat verib ki, Azərbaycanın xarici işlər naziri ilə görüşəcək. Görüşdə gələn il Bakıda keçirilməsi planlaşdırılan sammitinin tarixinin görüşündə müzakirə olunacaq.
Bakıda keçiriləcək GUAM Parlament Assambleyasının iclasında struktura üzv ölkələri – Azərbaycan, Gürcüstan, Moldova, Ukraynanın nümayəndə heyətləri ilə yanaşı Baltik Assambleyasının, Benilüks parlamentinin, “Vışeqrad qrupu” ölkələrinin, o cümlədər TürkPA nümayəndələri iştirak edəcək. İclas iştirakçıları quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə edəcəklər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət