Azərbaycan ayrı-ayrı beynəlxalq strukturlar tərəfindən işğal edilən Dağlıq Qarabağa səfərə yalnız o halda icazə verər ki, bu təşəbbüs həmin regionun ölkə daxilinə yenidən reinteqrasiyasına və işğaldan azad edilməsinə kömək etsin. Bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bəyan edib.
“Dağlıq Qarabağ işğal altında olan bir ərazidir, istənilən halda ora daxil olmaq üçün mütləq Azərbaycan hökumətinin icazəsi olmalıdır. Xarici vətəndaşlar tərəfindən qeyd edilən regiona səfərləri biz ciddi sürətdə nəzarət altında saxlayırıq”, - deyə o Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun Dağlıq Qarabağa səfər etmək niyyəti barədə məlumatları belə şərh edib.
O qeyd edib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağa səfərinə mane olmur. “Biz münaqişənin bilavasitə həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmin əraziyə səfərlərinə etiraz etmirik, çünki bu, onların işidir”.
“Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu məntəqəyə səfər etmək arzusuna gəlincə, deyə bilərəm ki, birincisi, biz bunun məqsədini düşünməliyik. Ümumiyyətlə, məlum olduğu kimi, Avropa Birliyi münaqişənin həllində iştirak etmir. Digər tərəfdən AB ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - deyə A.Əzimov vurğulayıb.
Eyni zamanda A.Əzimov qeyd edib ki, AB gələcək mərhələlərin birində Dağlıq Qarabağ münaqişə ilə bağlı hansısa məsələlərin həllinə cəlb oluna bilər.
“Buna baxmayaraq, Filipp Lefortun münaqişə zonasına səfər etmək niyyəti ilə bağlı konkret cavab verilməlidir ki, Avropa Birliyinin siyasi mövqeyi nədən ibarətdir, bu istək qurumun Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə əsaslanırmı, yoxsa bu təşəbbüs başqa məqsəd güdür? Əgər Lefort Dağlıq Qarabağa getmək istəyirsə, hansı məqsədlə getdiyini açıqlamalıdır. Bu səfər Dağlıq Qarabağın Azərbaycana reinteqrasiyası ilə bağlıdırsa, o zaman belə səfərlər haqqında məsələlərə baxıla bilər”, - deyə A.Əzimov bildirib.
Onun sözlərinə görə, digər təqdirdə heç bir təşəbbüs qəbul edilə bilməz.
“Yalnız o səfərlər həyata keçirilə bilər ki, onlar azərbaycanlıların Dağlıq Qarabağ regionuna reinteqrasiyası imkanlarının öyrənilməsinə və orada bunun üçün müvafiq şəraitin yaradılması məqsədilə təbliğatın aparılmasına yönəldilsin. Hələlik biz bu barədə Avropa Birliyindən heç bir təsdiqedici cavab almamışıq. Bu səbəbdən hesab edirəm ki, Leforun səfəri gündəmdə deyil”, - deyə A.Əzimov vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət