Azərbaycan parlamentinin deputatları "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında " qanun qəbul ediblər. Qanunda Gəncənin ərazisinin dörddə bir dəfə artırılması nəzərdə tutulur.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə cümə günü qanun layihəsini parlamentin plenar iclasında təqdim edərək bildirib ki, Gəncənin ərazisi qonşu Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının ərazilərinin hesabına 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcək.
"Son illər Gəncədə böyük quruculuq və abadlıq işləri aparılıb, bir çox yeni inzibati və yaşayış binaları, eləcə də müasir obyektlər tikilib. Şəhərin ərazisinin məhdudluğu ilə əlaqədar obyektlərin bir çoxu sərhədyanı zonalarda yerləşir. Yaranmış şəraitlə əlaqədar olaraq bir çox Gəncə sakini öz evlərini qonşu rayonların ərazisində tikməyə məcbur olub", - deyə A.Rəhimzadə ərazisinə görə respublikanın ikinci böyük şəhərinin sahəsinin artırılması haqqında qərarı əsaslandıraraq qeyd edib.
Bundan başqa, Milli Məclis "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" qanun layihəsini təsdiq edib. Beləliklə, Azərbaycanın paytaxtında inzibati rayonların sayı on ikiyə qədər artırılır.
"Vaxtilə Pirallahı, Çilov və Neft Daşları adalarında salınmış qəsəbələrdə 18 min nəfər yaşayır. Qəsəbələrdə məktəblər, uşaq bağçaları, poliklinikalar və başqa obyektlər fəaliyyət göstərir. Bu qəsəbələrin əhalisinin əsasən, neft sənayesi sahəsində çalışmasına baxmayaraq, bu yerlər böyük turizm potensialına malikdir", - deyə komitə sədri qanun layihəsini deputatlara təqdim edərək bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət