Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri $133 mln. təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Bu barədə Fondun məlumatında deyilir.
Binanın alqı-satqı prosesində satıcı qismində VTB Qrupa daxil olan “Metropolitan Insurance Group”, Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi “ALRUD” şirkəti, broker qismində isə “Jones Lang LaSalle” şirkəti çıxış edib.
“Bu binanın alınması ilə Fond daşınmaz əmlak investisiya strategiyası çərçivəsində daha bir uğurlu addıma imza atıb. Bu hadisəni eyni zamanda uzun müddətdən bəri mövcud olan və ikitərəfli strateji tərəfdaşlığa söykənən, dərin tarixi-mədəni köklərə sahib Azərbaycan-Rusiya əlaqələrinin investisiya sahəsində yeni mərhələnin başlanğıcı kimi səciyyələndirmək olar. Belə ki, Fondun ilkin daşınmaz əmlak investisiyalarından birinin məhz Moskva şəhərində həyata keçirilməsi ARDNF-in Rusiya Federasiyası üçün nəzərdə tutduğu investisiya strategiyasının daha uzunmüddətli dövrü əhatə edəcəyini nümayiş etdirir”, - deyə məlumatda ARDNF-in icraçı direktoru Şahmar Mövsümova istinadən bildirilir.
“Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarının kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunub.
Əmlak illik icarə haqqı $9,5 mln. olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib.
Binanın yerləşdiyi ərazinin müstəsnalığı, eləcə də Moskva ofis daşınmaz əmlak bazarının güclü fundamental əsasları bu investisiyadan daimi gəlirliliyin əldə edilməsinə şərait yaradan amillərdəndir ki, binanın ticarət obyektlərinə icarəyə verilən hissəsi üçün nəzərdə tutulan yeniliklər nəticəsində də gələcəkdə bu gəlirliliyin daha da artırılması planlaşdırılır. Binanın alınması eyni zamanda Fondun 2012-ci ildə Avropanın bir sıra böyük paytaxt şəhərlərinin əsas mərkəz-biznes ərazilərində həyata keçirməyə başladığı daşınmaz əmlak investisiya strategiyasına uyğun olaraq baş tutub.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
Dekabrın 1-nə ARDNF-in aktivləri $33 mlrd. 895 mln. təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət