SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) "Azərikimya" İstehsalat Birliyi 2013-cü ildə etilen və propilenin istehsal həcmini artırmağı planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev məlumat verib.
"Cari il üçün etilen və propilen istehsalı üzrə bütün proqnozlar yerinə yetirilib. 2013-cü ildə nəticələr daha yüksək olacaq", - deyə M.Babayev bildirib.
Onun sözlərinə görə, 2012-ci il İB üçün uğurlu olub, "məhsul istehsalında maksimal sabitlik müşahidə edilib".
M.Babayev əlavə edib ki, İB bu il müəssisələrdə texnoloji avadanlıqları yeniləri ilə əvəz edib.
“2012-ci ildə əsas proqramlardan biri enerji səmərəliliyinin və qənaətinin təminatı olub. Xüsusilə, biz elektrik enerjisi, buxar və suyun qənaətinə nail olmuşuq. Biz bu kursu 2013-cü ildə davam edəcəyik. 2013-cü ilin yanvar ayının sonuna kimi yeni su soyutma sistemi quraşdırılacaq”, - deyə o qeyd edib.
İB rəhbəri vurğulayıb ki, 2013-cü ilin aprel ayına qədər azot-oksigen qurğusu inşa etmək planlaşdırılır. “Hazırlıq işlərinə artıq başlanılıb. Gələn il martın 20-dək qurğunun tikintisini başa çatdırmağa çalışacağıq”, - deyə o əlavə edib.
M.Babayev bildirib ki, “Azərikimya” xammal bazasının genişləndirilməsi və ixrac məhsullarının keyfiyyətinin artırılması məsələlərinə böyük diqqət ayırır. “Avropa bazarı məhsullarımız üçün açıqdır. Bizə yalnız rəqabətə davam gətirmək və həmin bazarda fəaliyyətimizi genişləndirmək qalır”, - deyə o vurğulayıb.
Cümə axşamı “Azərikimya” İB rəsmi saytının yenilənmiş versiyasını təqdim edib. Burada əsas xüsusiyyət ondan ibarətdir ki, sayt “Qafqaz” Universitetinin tələbələri ilə birgə hazırlanıb.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamına əsasən, “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə verilib. Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı fərmanla SOCAR-ın tərkibində “Azərikimya” İstehsalat Birliyinin təsis olunmasına dair qərar qəbul edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət