Azərbaycan Prezident İ.Əliyev Vergi Məcəlləsinə düzəlişləri təsdiq edib.
Məcəlləyə düzəlişlərin mətni bazar günü dəırc edilib və onlar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
Ümumilikdə, məcəlləyə vergi yükünün azaldılması, vergi sisteminin təkmilləşdirilməsi, vergi mədəniyyətinin yüksəldilməsi və sahibkarların hüquqlarının müdafiəsinə yönəldilmiş 129 dəyişiklik edilib.
Sənəddə gəlirə verginin maksimal dərəcəsinin cari 30%-dən 25%-dək azaldılması nəzərdə tutulur.
Bundan başqa, 14% dərəcə ilə vergi tutulan gəlirlərin məbləğinin 2 min manatdan 2,5 min manatadək artırılması təklif edilir.
Bundan başqa, Məcəlləyə düzəlişlər fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan – İF-Az) 14% dərəcə ilə vergi tutulan gəlirlərinin məbləğinin 24 min manatdan 30 min manatadək artırılmasını nəzərdə tutur.
Düzəlişlərə idman oyunlarından (mərclərdən) olan uduşlar şəklində vətəndaşlar, Azərbaycanın eks-prezidentləri və onların ailələrinin üzvləri tərəfindən əldə edilən gəlirlərin ƏDV-dən azad edilməsi və həmçinin bu vergi növü üzrə digər güzəştlər daxildir.
Layihə çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil haqqı ƏDV-dən azad ediləcək.
Bununla yanaşı,düzəlişlər sənaye və texnopark rezidentlərinin 7 illik vergi və gömrüg güzətlərini müəyyən edib. Xüsusən, sənaye parkları və texnoparkların rezidentyləri gəlir vergisindən, torpaq, əmlak vergisindən, texniki qurğuların və texnoloji avadanlıqların idxalı zamanı gömrük rüsumlarından azad ediləcəklər. “Bu güzəştlər rezident qeydiyyata düşdüyü vaxtdan 7 il ərzində tətbiq ediləcək”,- deyə o əlavə edib.
Bundan başqa, sənaye parkları və texnoparkları idarə edən şirkətlər və operatorlar parkların infrastrukturunun tikintisinə və saxlanılmasına ayırılan gəılir hissəsinin mənfəət vergisindən azad edilirlər.
Bundan başqa, iclasda yol vergisi dərəcələrində dəyişiklikləri təsdiq edib. Parlament cümə günü Vergilər Məcəlləsində yol vergisinin yığılması mexaniziminin təkmilləşdirilməsini nəzərdə tutan düzəlişləri təsdiq edib.
Sənədə yol vergisinin yığılmasına aid dəyişikliklər dəaxi edilib.
Xüsusilə, motorun gücü və respublikada olma müddətindən asılı olaraq Azərbaycan ərazisinə daxil olan minik avtomobillərə yol vergisinin fərqli dərəcələrinin tətbiqi nəzərdə tutulur:
Respublikada olma müddəti |
Əgər motorun gücü 2000 kub. sm.-yə qədər təşkil edirsə |
Əgər motorun gücü 2000 kub. sm.-dən 4000 kub. sm.-yə qədər təşkil edirsə | Əgər motorun gücü 4000 kub. sm.-I ötürsə |
1 aya qədər | $15 | $20 | $40 |
3 aya qədər | $30 | $40 | $60 |
1 ilə qədər | $40 | $80 | $120 |
1 ildən artıq | 1 ildən sonra hər gün üçün $40 + $0,5 | 1 ildən sonra hər gün üçün $80 + $0,6 | 1 ildən sonra hər gün üçün $120 + $1,2 |
Bundan başqa, bir ildən artıq müddətə Azərbaycanmda olan avtobuslar üçün yol vergisinin dərəcələrinə təkrar baxılıb:
Müddət | 12-yə qədər sərnişin yerlərinin sayı | 13-dən 30-dək sərnişin yerlərinin sayı | 31 və daha artıq sərnişin yerlərinin sayı |
1 ildən artıq | 1 ildən sonra respublikada olduqları hər günə görə $1050 + $12 | 1 ildən sonra respublikada olduqları hər günə görə $1400 + $15 | 1 ildən sonra respublikada olduqları hər günə görə $1750 + $20 |
Həmçinin 1 ildən artıq müddətə yük nəqliyyat vasitələrinin respublikada olduqlarına görə yol vergisinin dərəcələrinə təkrar baxılıb:
Müddət | 4-çarxlı yük nəqliyyat vasitələri | Çarxlarının sayı dörddən artıq olan yük nəqliyyat vasitələri üçün |
1 ildən artıq | 1 ildən artıq respublikada olduqları hər günə görə $1400 + $15 | 1 ildən artıq respublikada olduqları hər günə görə $2800 + $30 |
Bundan başqa, düzəlişlərə avtomobil nəqliyyatı sahibləri üçün (kənd təsərrüfatı texnikası və büdcə təşkilatlarının balansında olan avtonəqliyyat vasitələri istisna olmaqla) yol vergisinin dərəcələrində dəyişikliklər daxildir:
Vergiqoyma obyekti | Yol vergisinin dərəcəsi |
Minik avtomobilləri, avtobuslar və digər avtonəqliyyat vasitələri | |
Motorun gücü 2000 kub. sm.-yə qədər |
20 manat |
Motorun gücü 2000 kub. sm.-dən 3000 kub. sm.-yə qədər | 20 manat + 0,02 manat 2 000 kub. sm.-dən artıq hər kub. sm. üçün |
Motorun gücü 3000 kub. sm.-dən 4000 kub. sm.-yə qədər | 40 manat + 0,03 manat 3 000 kub. sm.-dən artıq hər kub. sm. üçün |
Motorun gücü 4000 kub. sm.-dən 5000 kub. sm.-yə qədər | 70 manat + 0,04 manat 4 000 kub. sm.-dən artıq hər kub. sm. üçün |
Motorun gücü 5000 kub. sm.-dən artıq | 110 manat + 0,05 manat 5 000 kub. sm.-dən artıq hər kub. sm. üçün |
Bundan başqa, təhlükəli yüklərin daşınması zamanı yol vergisinin fəqrli dərəcəsinin tətbiqi nəzərdə tutulur. Sənədə əsasən, yükün nə dərəcədə təhlükəli olmasından asılı olaraq yük nəqliyyat vasitəsinin Azərbaycan ərazisində olması müddəti ilə bağlı vergi yığılacaq.
Qeyd edilən düzəlişlər 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət