Rusiya Hökuməti 2012-ci ilin sonunda Qazaxıstan Hökumətinə rəsmi nota göndərib.Notada Qazaxıstan Kosmik Agentliyinin başçısı Təlqət Musabayovun iki ölkənin birgə kosmik layihələrinə dair söylədiyi fikirlərə görə açıqlama verilməsi tələb olunur.Bu barədə çərşənbə günü “ Kommersant” qəzeti xəbər yayıb.
“Nota baş nazirin müavini İqor Şuvalovun aparatında hazırlanıb, çünki məhz o Rusiya tərəfindən hökumətlər arası komissiyaya rəhbərlik edir.Biz cavab gözləyirik.”QazaxKosmos” rəhbərinin söylədikləri əsaslı deyil və onun səlahiyyətlərindən kənardır”,- deyə qəzet məlumat aldığı mənbəyə istinadən bildirir.
Qəzet xatırladıb ki, T.Musabayov dekabrın 10-da Qazaxıstan parlamentində çıxışında bəyan edib ki, Qazaxıstan Rusiyanın “Proton-M” raket daşıyıcılarının buraxılışlarının sayını azaltmaq niyyətindədir.O Rusiyanı “Bayterek” kosmik raket kompleksinin yaradılmasına dair sazişi yerinə yetirməməkdə ittiham edib, həmçinin Baykonur kosmodromunun icarəsi üzrə yeni sazişin imzalanmasının zəruriliyini vurğulayıb.
T.Musabayevin sözlərinə görə, Qazaxıstan və Rusiya Baykonur kompleksinin istifadəsi üzrə yeni saziş imzalanması məsələsini öyrənirlər.Bununla yanaşı, o bu prosesin “qismən və mərhələli” olmasına tərəfdar olduğunu söyləyib.O həmçinin, bildirib ki, “Baykonur şəhəri Qazaxıstan Respublikasının yurisdiksiyasına keçə bilər.
Qəzet əlavə edib ki, “QazaxKosmos” hələ ki, rəsmi olaraq məsələylə bağlı şərh verməyib, İ.Şuvalovun mətbuat xidməti də məsləyə şərh verməkdən imtina edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət