Müvəqqəti olaraq Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşdırılmış qaçqın və məcburi köçkünlərin fevral- mart aylarından etibarən Müşviqabad qəsəbəsində salınmış şəhərciyə yerləşdirilməsinə başlanılacaq. Bu barədə cümə günü baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.
Nazirlər Kabinetində keçirilən “Qaçqın və məcburu köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məğulluq səviyyəsinin yüksəldilməsi ilə bağlı Dövlət Proqramı” çərçivəsində 2013-cü ildə görüləcək tədbirlərin müzakirəsinə həsr olunmuş iclasda baş nazirin müvini bildirib ki, köçürülmə havalar istiləşəndən sonra həyata keçikriləcək.
Ə.Həsənov əlavə edib ki, BDU yaxınlığındakı məktəblərdə təhsil alan qaçqın və məcburi köçkün uşaqları Müşviqabad qəsəbəsindəki tikilən yeni məktəblərə köçürüləcəklər.
Nazir müavini 2012-ci ildə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülmüş işlər, bununla əlaqədar tikilən bina və qəsəbələr barədə məlumat verib.
“2013-cü ildə 4 min mənzildən ibarət səkkiz qəsəbənin salınması, 20 min məcburi köçkünün yeni mənzillə təmin olunması nəzərdə tutlub”,- deyə Ə.Həsənov qeyd edib.
Onun sözlərinə görə bunun üçün dövlət büdcəsindən 300 mln. manat vəsait ayrılıb.
“Gəncədə 1,5 min mənzildən ibarət 25 beşmərtəbəli binanın tikinti işləri aparılır, köhnə çadır şəhərciyinin yerində 866 mənzillik 15 beşmərtəbəli binalar tikilir”,- deyə o vurğulayıb.
Nazirin müavininin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin mənzillə təmin edilməsi məqsədi ilə Abşeron, İmişli, Qaradağ, İsmayıllı. Balakən. Qəbələ rayonlarında da binaların inşa edilməsi nəzərdə tutlur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət