Azərbaycanın milli poçt operatoru “Azerpocht” MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb. Bu barədə şirkətin məlumatında deyilir.
““Azerpocht” 2012-ci ilin may ayında ÜPİ-nin təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət edib və müvafiq mərhələlərdən uğurla keçdikdən sonra 2012-ci ilin oktyabrın 29-u - noyabrın 3-ü tarixlərində ÜPİ-nin eksperti Azərbaycana ezam edilib”, - deyə məlumatda qeyd edilir.
ÜPİ-nin eksperti tərəfindən “Azerpocht”da audit yoxlaması keçirilib və Azərbaycan poçtunun ÜPİ-nin keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi müəyyən edilib, "Azerpocht” mümkün olan 2 min baldan 1 912 bal toplayıb.
Bu günlərdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktorunun imzası ilə “Azerpocht”a daxil olan məktubda bildirilir ki, bu təşkilatın Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlamasının nəticələri təsdiqlənib və “Azerpocht” MMC qızıl səviyyəli sertifikata layiq görülüb.
“ÜPİ-nin 2013-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan yaz sessiyasının plenar iclaslarında bu sertifikatın Azərbaycan nümayəndəsinə rəsmi qaydada təntənəli şəkildə təqdim olunması nəzərdə tutulub”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, indiyə kimi ÜPİ-nin A (qızıl) səviyyəli sertifikatına Azərbaycandan başqa Ukrayna, Belarus və Moldova, B (gümüş) səviyyəli sertifikata isə Qazaxıstan və Rusiya layiq görülüb.
ÜPİ 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən edilmiş standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşma aparır və 2004-cü ildən 2012-ci ilə qədər bu sertifikatlaşmada 51 ölkənin təyin olunmuş poçt operatoru iştirak edib.
Sertifikatlaşma prosesi müxtəlif mərhələlərdə qiymətləndirmə yolu ilə aparılır və hər mərhələdə tələb olunan meyarlara cavab verən poçt operatoru növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Sonuncu - 5-ci mərhələdən də uğurla keçən poçt operatoruna əldə olunan nəticələrə uyğun olaraq yığılmış ballar əsasında A (qızıl), B (gümüş) və ya C (bürünc) səviyyəli sertifikat verilir.
“Azerpocht” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb, 2009-cu il avqustun 15-də “Azerpocht” MMC-yə çevrilib, 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı bank-maliyyə xidmətləri göstərmək üçün MMC-yə məhdudlaşdırılmış lisenziya verib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət